21 May 2012      
RU

Gələn il inflyasiya 6 faiz olacaq

Çərşənbə axşamı, 22 Noyabr 2011
Çap PDF faylını al

Lent.az-ın verdiyi məlumata görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev söyləyib.

Şahin Mustafayev bildirib ki, büdcədə 1 dollar = 79 qəpik nəzərdə tutulub. Onun sözlərinə görə, Sahibkarlığa Kömək Fondunun dəstəyi ilə tikilən 75 istehsal-emal müəssisəsinin istifadəyə verilməsi gözlənilir. İqtisadi inkişaf naziri qeyd edib ki, metallurgiya sahəsində 16,3 faiz artım göstərir: “Gələn il Gəncədə illik gücü 100 min ton olan alüminium zavodu fəaliyyətə başlayacaq”.

Şahin Mustafayev nəzərə çatdırıb ki, gələn il qida məhsullarının istehsalında 4,1 faiz, növbəti 3 ildə 4,7 faiz artım olacaq. O, yeni heyvandarlıq, quşçuluq müəssisələri və konserv zavodlarının tikiləcəyini söyləyib.

Şahin Mustafayev bildirib ki, gələn il xidmət sektorunda 8,9 faiz, 2015-ci ilə kimi 8,3 faiz artım gözlənilir: “Qeyri-neft sektorunun çəkisi 2015-ci ilə kimi 27 faizdən 36,7 faizə yüksələcək. Turizm sektorunda gələn il 13,8 faiz artım proqnozlaşdırılır. Gələn il xarici ticarət dövriyyəsi 6,3 faiz, növbəti 3 ildə 4,3 faiz artacaq. Qeyri-neft məhsullarının ixracında 21,3 faiz, növbəti 3 ildə 13,1 faiz atım proqnozlaşdırılır”.

 



Baxış sayı: 165

ARXIV

< Noyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 23 24 25 26 27
28 29 30        

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%