21 May 2012      
RU

Maliyyə Nazirliyi: "Eurovision-2012"yə 1 milyard dollar xərclənməyəcək"

Cümə axşamı, 17 Noyabr 2011
Çap PDF faylını al

Maliyyə Nazirliyi 2012-ci ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı bəzi yerli və beynəlxalq KİV-də yayılmış məlumatları təkzib edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bir sıra KİV-də sözügedən müsabiqəyə hazırlıq işlərinə dövlət büdcəsindən 1 milyard ABŞ dollarının xərclənəcəyi ilə bağlı dərc olunan məlumatlar qeyri-dəqiq informasiyadır.

“Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə dəqiqləşdirmə aparılmadan bəzi yerli və xarici informasiya agentliklərində gedən və heç bir əsası olmayan informasiya nazirliyə istinadən təqdim edilib”, - deyə nazirliyin məlumatında bildirilib.

Bununla əlaqədar, Maliyyə Nazirliyi həmin məlumatları təkzib edir və ilkin məlumatı yayan KİV-in nazirlikdən rəsmən üzr istədiyini bildirib.



Baxış sayı: 167

ARXIV

< Noyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%