21 May 2012      
RU

Bakı-Tiflis-Qars layihəsinin Türkiyə hissəsi üçün əlavə vəsait lazımdır

Çərşənbə axşamı, 15 Noyabr 2011
Çap PDF faylını al

Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin Türkiyə hissəsinin dəyəri ilə icra edilən işlər bir-birinə tərs mütənasib gəlib. ANS PRESS-in "HaberTürk" portalına istinadən verdiyi məlumata görə, layihənin 76 km-lik Türkiyə hissəsi üçün nəzərdə tutulan 290 milyon türk lirəsi tamamilə xərclənib, lakin işin ancaq 30-35 faizi bitib. Bu layihənin tamamlanması üçün qısa vaxt ərzində 700-750 milyon TL-lik tender elan olunacaq.

Qeyd edək ki, Bakı-Tiflis-Qars layihəsi Azərbaycanın paytaxtı Bakıdan başlamalıdır. Gürcüstanın Tiflis və Axalkələk şəhərlərindən keçərək Qarsa qədər davam edəcək layihənin Türkiyə hissəsinin tikintisi Özgün Yapı-Çelikler Yapı şirkəti tərəfindən həyata keçirilir. Türkiyə Nəqliyyat Nazirliyinin nümayəndələri bildiriblər ki, layihədə bəzi dəyişikliklər və əlavə işlər həyata keçiriləcək.



Baxış sayı: 155

ARXIV

< Noyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%