Hansı antivirusa guvənmək olar?
Bazar ertəsi, 13 Dekabr 2010
![]() Hər gün yeni zərərverici program çıxır. Virus yazanlar müxtəlif yollar fikirləşirlər ki, "dünyaya gətirdikləri" virus antivirus proqramları, məsələn, rutkit-texnologiyasının vasitəsilə yazılan antiviruslar tərəfindən tapılmasın və silinməsin. Rutkitlər, yaradıcıların sozlərinə görə, prosseslərin, drayverlərin, servislərin, reyestrin, açıq portların, yəni sistem obyektlərin bağlanması texnologiyasından istifadə edir. 2005-ci ildə rutkit-texnologiyası o dərəcədə inkişaf etmişdi ki, KİV-in diqqətini cəlb etmişdi. Müəyyən olunub ki, bu texnologiya ancaq zərərverici programlarda yox, bununla birlikdə kommersiya məhsullarında da istifadə olunur. Misal üçün 2006-cı ildə Sony DRM-lə qalmaqalı yada salmaq olar. Bu halda heç bir antivirus 100% kompyuterin təhlükəsizliyinə zəmanət verə bilməz, buna görədə sadə istifadəçinin antivirus proqramı yazılmış kompyuterdə də virus duşmək riski az olmur.
Çox hallarda kompyuterə duşmüş virus gözədəymədən uzun müddət qala bilər, habelə antivirus yazılmış kompyuterdə də. Bələ halda istifadəçidə kompyuterin təhlükəsizliyi yaxşı qorunur, deyə yalançı bir hiss olur , amma o vaxt istifadəçinin xəbəri olmadan pisniyyətli biri onun kompyuterdəki bütün gizli informasiyanı öz məqsədləri üçün öz kompyuterinə köçurə bilər. Bir də elə hallarda olur ki, antivirus zərərverici obyekti müəyyən edir, amma silə bilmir. Bu halda istifadəçi ya texniki servisə müraciət edir, ya da özü hansısa utilitlərin köməyindən istifadə edərək silir.
2010-cu ildə antivirusların üstündə testlər keçirilib. Bu testdə “İnter Securety” təsnifatına aid məhsulların nə qədər hücumların qarşısını aldığı öyrənilib.
Testi Windows XP SP3 və Windows 7 Operasiya Sistemlərin (bundan sonra OS) lokal administratorun növbəti səviyyələrinə görə: 1. Faylların və qeyd açarların(reyistrin) üstündə giriş izn şərtlərini dəyişdirmək;
2. Modulların modifikasiyası və silinməsi;
3. Antivirus bazasının silinməsi;
4. Önəmli qeyd açarların modifikasiyası və silinməsi;
5. Prosseslərin dayandırılması;
6. Prosseslərin və kodların modifikasiyası;
7. Drayverin boşaldılması;
və aşağıda qeyd olunmuş dünyanın ən məşhur 20 antivirus üstündə keçiriblər:
1. Avast Internet Security 5.0.462
2. AVG Internet Security 9.0 (build 117)
3. Avira AntiVir Premium Security Suite 10.0.0.542
4. BitDefender Internet Security 2010 (Build: 14.0.23.312)
5. Comodo Internet Security 4.1.19277.920
6. Dr.Web Security Space 6.0 (12.0.0.58851)
7. Eset Smart Security 4.2.40.10
8. F-Secure Internet Security 2010 (1.30.15265.0)
9. G DATA Internet Security 2011 (21.0.2.1)
10. Kaspersky Internet Security 2011 (11.0.1.400)
11. McAfee Internet Security 2010
12. Microsoft Security Essentials 1.0.1963.0
13. Norton Internet Security 2010 (17.7.0.12)
14. Online Solutions Security Suite 1.5
15. Outpost Security Suite Pro 2010 (7.0)(3377.514.1238.401)
16. Panda Internet Security 2011(16.00.00)
17. PC Tools Internet Security 2010 (7.0.0.545)
18. Trend Micro Internet Security 2010 (17.50.0.1366)
19. VBA32 Personal 3.12.12.6
20. ZoneAlarm Security Suite 2010 (9.3.14.0)
Testin əsas nəticələri:
Antivirusların özünü qorumaq testi 38 keysin üstündə hər OS üçün ayrı-ayrı keçirilib.
Nəzərinizə çatdırım ki, test mükafatlandırma sxemilə, əgər antivirusun bir parametr (hücüm növünə görə) tam uğurlu işləsə 1 ball(+) verilir, əgər bu parametr üzrə özünü müdafiə yoxdursa, amma əsas funksional avtomatik bərpa olunursa, 0.5 ball(+/-) verilir. Antivirusda özünü qoruma yox idisə və əsas funksional sönsə ona ball verilmir. Bələliklə maksimal yığılan ball 76 olmalıydı(yəniki 38 ball hər OS üçün).
20 antivirusun üstündə keçirilən testin nəticələrindən ilk beşlikdə yerini tutmuş antivirusları sədalayacayıq. Birinci yeri tutan, şəxsən mən özüm çox güvəndiyim, ”Kaspersky Internet Security 2011” bu mərhələlərdən 100% nəticə ilə keçib. İkinci yer , ”Kaspersky Internet Security 2011” –dən 1% geri qalaraq “DrWeb Security Space 6.0” tutub. Üçüncü və dördüncü yerləri 97% təhlükəsizliyi qorumaqla “ Online Solutions Security Suite 1.5“ və “Outpost Security Suite Pro 2010” tutub. Beşlikdə axırıncı yeri 91%-lə “Norton Internet Security 2010” tutub. Qalan yerlər və topladığı faiz dərəcəsinə yuxarıda qeyd olunmuş cədvəldə baxa bilərsiniz.
P.S.
Hər kəs istədiyi və güvəndiyi antivirusdan istifadə edə bilər, amma unutmaq lazım deil ki, daha ehtibarlı programlara bel bağlamaq lazımdır.
Maqsud Aydayev
Baxış sayı: 1659
Müəllifin digər yazıları
|
Xəbərlər
Bloqlar |