21 May 2012      
RU

Şuşaya salam olsun, Qüdsə ehtiram...

Çərşənbə, 01 Sentyabr 2010
Çap PDF faylını al

10 il Şuşasız qalandan sonra Dağlıq Qarabağ münaqişəsinin adını Qüds problemi ilə yan-yana çəkmişdim: “Bütün müsəlmanların ürəyinin bir hissəsi Qüdsdə qaldığı kimi, bütün azərbaycanlıların da köksündə Şuşa yarası var. O zaman həmin ifadəni oxuyan şuşalı Məmmədrza dayının gözləri yaşarmışdı. Ağsaqqal elə bilirdi ki, bu iki dərdin adını yan-yana çəksəm, Qarabağ da Qüds taleyi yaşayar. Yəni Şuşa da uzun müddət düşmən əlində qalar. İndi — yeni əsrin ilk onilliyini başa vurmaq ərəfəsində olduğumuz günlərdə Məmmədrza dayının həmin ifadəsi ilə razılaşmaq üzrəyəm. Çünki dünya haqsızlar dünyası, zəmanə ikiüzlülər zəmanəsi, dövran ikili standartlar dövranıdır. Qüdsün işğalı səmanın, göylərin zəbt edilməsi kimi bir allahsızlıqdırsa, Qarabağın işğalı haqqın, ədalətin, bütün bəşəri dəyərlərin ayaq altına atılması, tapdalanması, təhqir edilməsidir.

... Tanrı mənə müsəlman dünyasındakı bütün müqəddəs məkanları ziyarət etmək imkanı verdi. Məşhəd, Qum, Kufə, Nəcəf, Kərbəla və nəhayət, Məkkeyi-Mükərrəm və Mədineyi-Münəvvər. Fəqət, Kəbədən öncə müsəlmanların qibləsi olan, Həzrət Peyğəmbərimiz Salavatullahın meraca yüksəldiyi, Əl-Əksa məscidinin olduğu Qüdsə yolum düşmədi. Çünki Tanrı bu yolu hələlik bizə açmır. Çünki bu torpaq müsəlman dünyasından ayrıdır. Amma, hələlik.

Üç səmavi dinin hamısı üçün müqəddəs olan, böyük önəm kəsb edən Qüdsün yəhudi dövləti üçün paytaxt elan edilməsi təkcə islama və xaçpərəstliyə qarşı hörmətsizlik deyil, həm də yəhudilərin öz dinlərinə qarşı çox ciddi həqarətləridir. Çünki Tanrı hər üç səmavi dini insanlara bu məkanda nazil edibsə, bu yerin siyasiləşdirilməsi, silahlılaşdırılması və son nəticədə zəbt edilməsi məhz Tanrının iradəsinə qarşı çıxılmasıdır. Əgər Allah bu yerləri yəhudi dövləti üçün məkan kimi yaradırdısa, onda yəhudi dinindən sonrakı dinləri nə üçün məhz həmin məkanda insanlara bəxş edirdi? Bu məkanın məhz indiki şəkildə zəbt edilməsi bilavasitə uca yaradanın iradəsinə qarşı getməkdir. Uca yaradan isə ona qarşı çıxanları min illərdən bəri dönə-dönə cəzalandırıb. Tarixdə yüzlərlə belə nümunələr vardır. Üstəlik bu torpaq tək yəhudilər üçün vətən və dövlət yeri olacaqdısa, onda uca Yaradan nə üçün Musa əleyhissalamı öz qövmü ilə birlikdə on illər boyu çöllərə, biyabanlara salmışdı? Yox, Allahın bəndələri, haqqı danmaq mümkün deyil. Çünki Haqq Allahın adlarından biridir.

Qüds gününü XX əsrin ən görkəmli nümayəndələrindən olan mərhum imam, Ayətullah Xomeyni elan etmişdi. Bu elan Tehrandan səslənsə də, bütün islam dünyasında haqqı səsi kimi qəbul edilmiş, islami birlik və bəşəri dəyərlərin bərqərar edilməsi baxımından qiymətləndirilmişdi. Yolumuz düşən bütün müsəlman ölkələrində belə bir ifadə eşitdik: “Kaş Qüds gününü biz elan etmiş olaydıq”.

Hacı İttifaq Qaçayev,

Əməkdar jurnalist, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Cenevrə) “Humanizm carçısı” mükafatı laureatı



Baxış sayı: 1678
Müəllifin digər yazıları
Şuşaya salam olsun, Qüdsə ehtiram...
10 il Şuşasız qalandan sonra Dağlıq Qarabağ münaqişəsinin adını Qüds...
Qüdrətli Atatürk Türkiyəsi rəzil Ermənistan qarşısında dizmi çökəcək?
Yaxud soykökü, dili və dini bir olan xalqların münasibətlərində üzüdönüklük...
Demokratiya fikirdə, sözdə və əməldə bərqərar olur
Azərbaycan mətbuatı cəmiyyətimizdəki bu prosesin fəal iştirakçısıdır Adamların fəaliyyəti...

ARXIV

< Sentyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
    2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%