07 Fevral 2012      
RU

David Vilyanın rekord arzusu

Şənbə, 04 Sentyabr 2010
Çap PDF faylını al

Futbol üzrə son Dünya çempionatında uğurlu oyun nümayiş etdirərək komandasının birinci yeri tutmasında önəmli rol oynayan David Vilya İspaniya yığmasında yeni rekord yeniləmək arzusundadır.

David Vilya İspaniya seçmə komandasının heyətində ən çox qol vuran futbolçu kimi tarixə düşmək istəyir. Futbolçu dünən baş tutan Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə oyunda qol vurmağa çalışsa da buna müvəffəq olmayıb. İspaniyanın 4:0 hesabı ilə rəqibini məğlub etdiyi matçda qollara Vilyanın komanda yoldaşları imza atıb.

Xatırladaq ki, David Vilya 2005-ci ildən şərəfini qoruduğu İspaniya yığmasının heyətində 66 oyunda meydana çıxaraq 44 qola imza atıb. Raul Qonsales isə 102 qarşılaşmada 44 dəfə fərqlənib. Vilya bir qol vuracağı təqdirdə adını İspaniya futbolu tarixinə yazdıracaq.

ANS



Baxış sayı: 238

ARXIV

< Sentyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
    1 2 3 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Emi, yoxsa Ketrin?

25%
75%

Hava durumundan razısınız?

56%
44%
0%