Maradona əməliyyat olundu
Bazar ertəsi, 16 Yanvar 2012
![]() Dünya futbolunun canlı əfsanələrindən biri Dieqo Maradona əməliyyat edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Dieqo Maradona ötən gün sidik kisəsinin kəskin sancısı diaqnozu yerləşdirildiyi tibb müəssisəsində əməliyyata məruz qalıb. Maradonanın artıq bu gün evə buraxılacağı gözlənilir. Bütün bu məlumatı Dieqo Maradonanın qızı Dalma “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda paylaşıb. Xatırladaq ki, bu, Dieqo Maradonanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı ilk fakt deyil. Əfsanəvi futbolçu 2010-cu ilin mart ayında it dişləməsindən sonra xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt Maradonaya quduzluq əleyhinə peyvənd edilmişdi. 2011-ci ilin iyul ayında öz avtomobili ilə avtobusa çırpılaraq ayağını zədələyən Maradona bir müddət xəstəxanada müalicə almışdı. Bütün bunlardan başqa Maradona 2007-ci il həddindən çox alkoqol qəbulundan sonra səhhətində qeydə alınan ağırlaşma səbəbindən müalicə edilmişdi. ANS Baxış sayı: 73 |
Xəbərlər
Bloqlar |