21 May 2012      
RU

Sarkoziyə əsəbiləşdi, adını dəyişdirdi

Cümə axşamı, 29 Dekabr 2011
Çap PDF faylını al

Fransanın "erməni soyqırımı"nın inkarını cinayət sayan qanunu qəbul etməsinə bir reaksiya da Fransasının keçmiş futbolçusu Paskal Noumadan gəldi.

Futbolu buraxdıqdan sonra Türkiyədən qopa bilməyən Nouma Fransa Parlamentinin keçən həftə "erməni soyqırımı"nın inkarını cinayət sayan qanunu qəbul etməsinə atəş püskürüb.

Ötən axşam "Maslak Refresh the Venue"də reallaşdırılan yeni il partisinə qatılan Nouma, çıxışda jurnalistlərin suallarını cavablandırıb. Fransa Parlamentinin aldığı qərarı və Fransa prezidenti Nikolya Sarkozini tənqid edən Paskal Nouma bunları söyləyib: "Mən Fransadan bu gün gəldim. Fransada kimsə parlamentin aldığı qərardan xoşbəxt deyil. Bunu etdiyinə görə Sarkoziyə nifrət edirəm. Mən Fransa pasportundan istifadə etmək istəmirəm, Türk pasportu istəyirəm. Adımı da dəyişdirib Numan qoymaq istəyirəm...".

Beşiktaşın keçmiş futbolçularından olan Paskal Nouma 1915-ci il hadisələriylə əlaqədar erməni iddialarına istiqamətli təklifin Fransa Məclisi Ümumi Komitəsində qəbul edilməsinə bağlı ''Bu qərar məni də şok etdi. Ümid edirəm Sarkozi səhvlərindən dönməsini bilir'' deyib.

Mövzuya bağlı sualları cavablayan Nouma, bu mövzu haqqında son dəfə danışacağını söyləyib.

Siyasətdən xoşlanmayan biri olduğunu, ancaq bu hadisənin türkləri olduğu qədər özünü də üzdüyünü ifadə edən Nouma, uzun illər professional futbol oynadığını və kifayət qədər pul qazandıqdan sonra Türkiyəyə yerləşmə qərarı aldığını ifadə edərək, bunları deyib: ''Bunun səbəbi Türkiyədə zəncilərə, xaricilərə göstərilən sevgi və hörmətdir. Bəzi ölkələrdə zənci olmaq həqiqətən çox çətindir, restoranda belə yeməyinizi keç gətirərlər. Türkiyə bu mövzuda bütün dünyaya dərs verəcək qədər xoşgörüşlü bir ölkədir. Buna görə burada yaşamaqdan xoşbəxt və qürurluyam. Türkiyədə yaşayan bir çox erməni, yəhudi, zənci və kürd yoldaşım var. Bu günə qədər heç giley etdiklərini eşitmədim və görmədim. İnsanlar burada din, dil, irq ayrı-seçkiliyi güdmədən xoşbəxt bir şəkildə yaşayırlar. Bunun ən böyük nümunəsi mənim 20 milyon tərəfdarı olan Beşiktaşın tribuna lideri də bir ermənidir''.

Fransa Məclisi Ümumi Komitəsində alınan həmin qərarın Fransa prezidenti Nikolya Sarkozi tərəfindən bəzi siyasi hesablar nəticəsində alındığına inandığını ifadə edən Nouma ''Rəcəb Tayyib Ərdoğanın Sarkozidən çox daha güclü və hörmətli bir lider olduğunu bilirəm. Ümid edirəm Sarkozi da səhvlərindən dönməsini bilir'' deyib.

Habertürk



Baxış sayı: 96

ARXIV

< Dekabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 30 31  

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%