İran Yaponiyanın “qara siyahı”sına düşdü
Cümə, 03 Sentyabr 2010
![]() Yaponiya hökuməti də Tehran hakimiyyətinə qarşı sanksiya həyata keçirməyi qərara alıb. Məlumata görə, rəsmi Tokionun İrana qarşı sanksiyası BMT-nin məlum qətnaməsindən daha kəskindir. Qərara əsasən, Yaponiya İran İslam Respublikasının energetika sektoruna sərmayə qoyulmasını yasaqlayıb, eləcə də ticarət sığortasını kəskin şəkildə məhdudlaşdırıb. Yaponların “qara siyahısına” İranın 88 şirkəti və 24 fiziki şəxsi düşüb. Bununla da Tokio BMT-nin sanksiyasındakı firmaların sayını iki dəfə artırıb. Enerji daşıyıcılarından, o cümlədən İran neftindən asılı olan yaponlar İslam Respublikasının “qara qızıl”ından imtina etməyib. Düzdür, Yaponiya bu ehtiyacını daha çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Qətərin hesabına ödəyir. Xatırladaq ki, bu yaxınlarda Yaponiyanın tanınmış “Toyota” avtomobil şirkəti yapon hökumətindən öncə İranla ticarət əlaqələrini dayandırdığını bildirmişdi. Ekspertlər “Toyota”nın bu addımını ABŞ-la münasibətləri korlamamaq kimi dəyərləndirsələr də, şirkət İslam Respublikası ilə “mal alverinin aşağı səviyyədə olduğunu” bildirib. ANS Baxış sayı: 224 |
Xəbərlər
Bloqlar |