Toni Bleyer İrana hərbi müdaxiləni istisna etmir
Çərşənbə, 01 Sentyabr 2010
![]() Britaniyanın keçmiş baş naziri Toni Bleyer çoxdan gözlənilən xatirələrini dərc etdirib. Onun xatirələrində İraqa hərbi müdaxilə və İraq müharibəsi geniş yer tutur. Bununla belə o, həmçinin hakimiyyətdə olduğu vaxtlarda ölkənin daxili siyasəti və sələfi Qordon Braunla mürəkkəb münasibətlərindən də söz açır. Bleyer Leyborist Partiyasının seçkidəki məğlubiyyətinə görə Qordon Braunu günahlandırır. Toni Bleyer İraqa hərbi müdaxilə qərarını bir daha müdafiə edir və yəqin ki, ölən gününədək belə də edəcək. Bununla belə onun xatirələrində müharibənin gətirdiyi ölümlərdən narahatlıq və Səddam Hüseynin devrilməsindən sonra başlanan xaosdan təəccüb ifadə olunub. Lakin o bunu da qeyd edir ki, İran və onun iddia edilən nüvə silahı ambisiyaları gələcək hərbi müdaxilələri istisna etmək imkanı vermir. "Mən bunu deyirəm ki, İranın nüvə silahı qabiliyyətinə malik olması yolverilməzdir." – deyir Toni Bleyer. BBC müxbirinin “Lakin biz bunun qarşısını almaq üçün nə edə bilərik?” sualına belə cavab verir: "Mən düşünürəm ki, biz bunun qarşısını almalıyıq, yeri gələrsə hətta hərbi yolla. Zənnimcə onlar nüvə silahı yaratmaqda davam etsələr, başqa alternativ qalmayacaq. Onlar bunu başa düşməlidirlər. Mən bunu aydın və bərkdən deyirəm". Bleyerin xatirələrində əsas yeri, əlbəttə ki, daxili siyasət məsələləri və onun sələfi Qordon Braunla mürəkkəb münasibətləri tutur. O Braunu dəlisov, çətin və sıfır hissiyatlı zəkaya malik şəxs adlandırır. "Bizim Qordonla münasibətlərimiz çox çətin idi, deyir keçmiş baş nazir, - Lakin bu münasibətlər həm də sıx idi, hərçənd axıra yaxın, səmimi desəm, bu münasibətlər dözülməz oldu. Bizim hökumətdə olduğumuz vaxtın çox hissəsini o, bir növ güc mənbəyi idi. Onun Leyborist hökumətinin uğuruna verdiyi töhfəni danmaq olmaz". Bleyer xatirələrində həmçinin səthi də olsa, hakimiyyətin ağırlığı altında daha çox spirtli içkilər qəbul etməsinə də toxunur, lakin qeyd edir ki, heç vaxt əndazəni aşmayıb. Gələcək planlarına gəlincə isə o qeyd edir ki, ömrünün böyük bir hissəsini Yaxın Şərqdə sülhün bərqərar olunmasına həsr edəcək. BBC Baxış sayı: 261 |
Xəbərlər
Bloqlar |