Qəddafi: “Mussolininin etdikləri şərəfsizlikdir”
Çərşənbə axşamı, 31 Avqust 2010
![]() İtaliya baş naziri Silvio Berluskoninin Liviya lideri Muammər Qəddafinin şərəfinə Romada verdiyi iftar yeməyi iki liderin də bir-birlərinə tərif dolu danışmalarına səhnə olub. İtaliya-Liviya Dostluq Razılaşmasının ikinci il dönümündə Salvo D'Acquisto Sarayında verilən iftarda Qəddafi 40 dəqiqə davam edən danışması əsnasında Liviyanın işğalından məsul tutduğu Benito Mussolini, general Rodolfo Graziani və 1934-cü ildə Liviya qubernatoru olaraq vəzifə yerinə yetirmiş Italo Balbonu tənqid edərək, "Mussolinini, Grazianini və Balbonu qınayırıq. Onların Liviyada etdikləri sürgünlər, qırğınlar və dağıtmaların hamısı böyük bir şərəfsizlikdir" dedi. Qəddafi üstüörtülü bir şəkildə Aralıq dənizində ABŞ bazalarının varlığını da tənqid edərək, "Aralıq dənizi bir iç dənizidir. Aralıq dənizi buraya sahili olmayan ölkələrə aid əsgəri bazalardan təmizlənilməlidir. Dünyanın ən bəlalı dənizi halına gələn Aralıq dənizinin təmizlənməsi lazımdır. İtaliya və Liviya arasındakı əməkdaşlıq bu baxımdan da əhəmiyyətlidir", deyə danışıb. İtalyanın Birləşmiş Millətlər Təhlükəsizlik Şurasında daimi üzv olmasının vacib olduğuna toxunan Qəddafi "İtaliya və Liviya Afrikanı Avropaya bağlayan bir dostluq, sevgi və barış körpüsü olmalıdır" ifadəsindən də istifadə edib. Qəddafi İtaliya-Liviya arasında 30 Avqust 2008-ci ildə Bingazi şəhərində imzalanan dostluq və əməkdaşlıq razılaşmasıyla əlaqələrdə yeni bir səhifə açıldığına da toxunaraq "Pulu olan bir çox Liviyalı var. Mən onların hamısını İtaliyaya gəlməyə, burada sərmayə qoymağa çağırıram" deyib. Qəddafi qeyri-qanuni köçlə mübarizə üçün Avropa Birliyinin Liviyaya hər il 5 milyard avroluq kömək etməsi lazım olduğunu da dilə gətirib. İtaliya baş naziri Berluskonisə Liviya lideriylə əlaqələri səbəbiylə müxalifətin dediyi tənqidlərə reaksiya verərək "Bizi anlamayanlar hələ də keçmişin əsiri vəziyyətindədirlər. İtaliya və Liviya arasındakı əlaqələrin düzəlməsi, hər kəsin işinə yaramışdır. Bu mövzuda hələ də bizi tənqid edənlər var. Onlar keçmişdə yaşamağa davam edirlər. Biz isə irəliyə baxırıq" deyib. Berluskoni Qəddafilə imzaladıqları Dostluq razılaşmasının böyük əhəmiyyət daşıdığını da ifadə edərək "Dostluq razılaşması, qlobal çağdakı diplomatiya baxımından hər kəsə bir nümunə təşkil etməkdədir. Faciəvi və ağrılı hadisələr üzündən əlaqələri qopmuş iki xalqın, üz-üzə gəlməyi və dostluğu bacararaq keçmiş hadisələrin öhdəsindən gəlməyi bacarmaları, hər kəs üçün bir üstünlükdür",- deyə danışıb. Berluskoni "İmzaladığımız dostluq razılaşması, kriminal insan tacirlərinin Afrikadan Avropaya qeyri-qanuni mühacir gətirmələrini də maneə törətmişdir", -deyib. Berluskoni nitqinin sonunda Qəddafiyə dönərək "Böyük Cəmahiriyyənin lideri olan dostuma, onun köməkçilərinə və bütün Liviya vətəndaşlarına, keçmişi geridə buraxma mövzusundakı təhfələrinə görə təşəkkürlərimi bildirirəm" ifadələrinə yer verib. Sonra hər iki lider Liviyalı qrupun 27 ərəb atıyla göstərdiyi nümayişi izləyib. Qəddafinin şərəfinə verilən iftara İtaliya xarici işlər naziri Franko Frattini və müdafiə naziri Iqnazio La Russa da qatılıblar. Milliyet Baxış sayı: 257 |
Xəbərlər
Bloqlar |