23 Fevral 2012      
RU

Erdoğan Sarkozini xalqına həvalə etdi

Çərşənbə, 25 Yanvar 2012
Çap PDF faylını al

"Sarkozi və tərəfdaşlarını fransız xalqına həvalə edirəm". ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında çıxışında deyib. Baş nazir Fransa Senatının qondarma soyqırım haqqında qəbul etdiyi qanunun ayrıseçkilik olduğunu, düşüncə azadlığına qarşı qətliam kimi dəyərləndirdiyini deyib. O, qeyd edib ki, Fransa parlamenti və Senatında qəbul edilən layihə Türkiyə üçün demək olar ki, yoxdur.

Ərdoğanın sözlərinə görə, bu qərar orta əsrlər zehniyyətinin yenidən "xortlaması" mənasına gəlir və Avropa dəyərlərini ayaqlar altına alır: "Lazımi xəbərdarlıqları etmişik. Bir səhv edildiyini, tarixin parlamentlərdə müzakirə edilə bilməyəcəyini qətiyyətlə ifadə etmişik. Bu xətanın düzəldiləcəyinə dair ümidlərimizi hələ tamamilə itirməmişik". Ərdoğan heç kimə Türkiyə üzərindən siyasi gediş etməyə fürsət verməyəcəyini deyib. "Fransa ziyalılarına səslənirəm. Qəbul edilən bu qanun irqçilikdir. Bu, Türkiyə düşmənliyi ilə səs qazanmaq cəhdidir. Bu hərəkət Fransa tarixinə olduğu qədər Avropa tarixinə də haqsızlıqdır".

Türkiyəli nazir burada əsas məsələnin Türkiyə-Fransa məsələsi olmadığını deyib. Ərdoğan bir daha çıxışında Sarkozinin babasının Osmanlı torpaaqlarında doğulub böyüdüyünü xatırladıb: "O, hər nə qədər də Türkiyə ilə düşmənlik etsə də, soyu Osmanlıya dayanan, tarixi Türkiyə ilə kəsişən biridir. Sarkozi nə qədər çabalasa da keçmişini silə bilməyəcək, Osmanlı xoş niyyətinə kölgə sala bilməyəcək".

Ərdoğan hələlik səbr etdiklərini, sanksiyalara mərhələ-mərhələ reallaşdıracaqlarını deyib. "Baş verənləri birlikdə izləyirik. Lazımi qərarlar qəbul edib, sanksiya planımızı ictimaiyyətə açıqlayacağıq”.



Baxış sayı: 41

ARXIV

< Yanvar 2012 >
Bz. Çr Çr Cm. Şn Bz
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 26 27 28 29
30 31          

Nikol daha gözəldir...

37%
63%

Bu qış dəblə geyindiniz?

24%
53%
24%