"Tarixi mühakimə etmək səlahiyyəti yoxdur"
Cümə axşamı, 19 Yanvar 2012
![]()
"Guardian" yazarı Timoti Qarton Ash Fransada 1915-ci il hadisələrinin "soyqırımı olduğunu inkar etməyi" cinayət sayan qanun layihəsini ifadə azadlığına bir hücum olaraq qiymətləndirib. Ash məqaləsində Fransada Senatın gələcək bazar ertəsi günü ediləcək səsvermədə, Milli Məclisdən keçən qanunu ifadə və tarixi araşdırma azadlığı adına rədd etməsi lazım olduğunu söyləyib. Ash Senatın qanuna 1789-cu ildəki Fransız İnqilabından sonra dərc olunan İnsan və Vətəndaşlıq Haqqları Bəyannaməsinin "Düşüncələrin və inancların sərbəstcə ifadə edilməsi ən qiymətli insan haqqlarından biridir" deyən 11-ci maddəsinə qarşı olduğunu bildirib. "Burada məsələ Osmanlı İmperatorluğunun son illərində ermənilərin qətlinin qorxunc olub-olmadığı, ya da türk və ya avropalıların yaddaşında qəbul edilib-edilməməsi lazım olduğu deyil. Qorxunc idi və qəbul edilməli də" deyən yazar belə davam edir. "Problem budur, bu qorxunc hadisələrin beynəlxalq hüquqda yeri olan "soyqırımı" ifadəsiylə təyin olunmasına qarşı çıxmaq Fransada, ya da başqa bir ölkədə cinayət olmalıdırmı? Məşhur Osmanlı tarixi üzrə mütəxəssis Bernard Levis ermənilərin çəkdiyi ağrıları daha az göstərməyə çalışmadan, tam da bu nöqtəyə qarşı çıxmışdı. Yaxşı, Fransa parlamenti dünya tarixi və digər ölkələrin keçmişdə etdikləri üzərinə qərarlar verən bir məhkəmə kimi davranacaq təchizata və səlahiyyətə sahibdirmi? Bu iki problemin də cavabı xeyrdir". Qanunun yalnız soyqırımı inkar etməyi deyil, soyqırımı "ölçüsüzcə minimizə etməyi" cinayət saydığını ifadə edən yazar bu örnəklə davam edir: "Türklərin ölən erməni təxmini 500 min, ermənilərin isə 1,5 milyondursa, nə minimizə etmək sayılacaq? 547 minmi? Yaxşı, baş nazir Rəcəb Tayyib Ərdoğan Fransaya edəcəyi bir sonrakı rəsmi ziyarətində belə bir minimizə etmə cinayətindən həbs olunmalımı?". Fransa Parlamentində bu cür qanun qanunlarının ortaya çıxmasıyla, 500 min erməni mənşəli seçicinin böyük rol oynadığı seçkilərin yaxınlaşması arasında böyük bir əlaqə olduğunu söyləyən Timoti Qarton Ash "Dekabr 2001-ci ildə olanları soyqırımı olaraq təyin edən qanun, tam da parlament və prezidentlik seçkilərindən əvvəl çıxmışdı. İndikinə bənzər bir qanun da 2006-cı idə bir sonrakı il ediləcək seçkilərə gedilərkən parlamentin alt qanadından keçmiş, amma Senatda rədd edilmişdi. Bu il nə olacaq? Bəli, seçkilər" deyir. Türk hökumətinin reaksiyasının gözlənildiyi kimi sərt olduğunu söyləyən Ash, Ərdoğanın da Cəzairdə olanlar səbəbiylə Fransanı soyqırımla günahlandırdığını xatırladır. Ash belə davam edir: Beləcə, ağır xatırlama mərasimlərinin və əldəki dəlillərə tərs düşsə də, ən əsassız nəzəriyyələri belə sakitcə test edən azad bir tarix mübahisənin mövzusu olması lazım olan bir faciə, siyasi manipulyasiya və siyasətçilərin bir-birinə sataşma vəsaitinə çevrilib. Dünənin cəsədlərinin sayı, sabahın oy sayı üçün istismar edilir. İşlər "Sən məni soyqırımla günahlandırarsan, mən də sən günahlandıraram" nöqtəsinə gəlib. Bu arada Nobel mükafatçısı Orxan Pamuk kimi cəsurca ermənilərə edilənlərin soyqırımı olduğunu söyləyən intellektuallar da Türkiyədə istintaqa uğradı. Yəni, Fransada dövlətin buyurduğu doğru, Türkiyədə dövlətin buyurduğu səhv olur ".
Hurriyət
Baxış sayı: 37 |
Xəbərlər
Bloqlar |