Cəsur Ürək!?
Cümə, 13 Yanvar 2012
![]() Bu dəfə müstəqilliklə aralarında yalnız 140 milyard sterlinqlik məsafə var! Şotlandiyada müstəqillik tələbi üçün təşkil ediləcək referendumdan "bəli" qərarı çıxması halında, Birləşmiş Krallıqdan ayrılmanın şotlandiya xalqına 140 milyard sterlinq məbləğində daxili borc gətirəcəyi nəzərdə tutulur. Şotlandiyada keçən il may ayında 28 faizlik səs nisbətiylə iqtidara gələn müstəqillik tərəfdarları Şotlandiya Milli Partiyasının (SNP) müstəqillik tələbi London rəhbərliyində narahatlığa gətirib çıxararkən iqtisadçılar, müstəqilliyin şotlandlara milyardlarla dollarlıq bir borc yükü gətirəcəyi xəbərdarlığını edirlər. Belə bir vəziyyətdə "müstəqil" Şotlandiyanın Yunanıstan və Portuqaliyadakılara bənzər ağır bir iqtisadi böhrana girməsinə də qəti gözüylə baxılır. Şotlandiyada aparılan son anketlərə görə, xalqın yalnız 33 faizi müstəqilliyi dəstəkləyir, 53 faizisə Birləşmiş Krallığa bağlı qalmağı istəyir. İngiltərə baş naziri Devid Kemeron, krallıq tərəfdarlarının yüksək nisbətini lehinə istifadə etmək üçün, referendumun 2013-ə qədər reallaşmasını istəyir. SNP lideri Salmond isə xalqı müstəqilliyə razı salmaq üçün referendumun 2014-cü ildən əvvəl keçirilməsinə isti baxmır. Birləşmiş Krallığın 3 rəngli bayrağı İngilis, İrlandiya və Şotlandiya bayraqlarının birləşməsindən meydana gəlir. Şotlandiyanın müstəqillik qərarı alması halında mavi rəngin "birlik" bayrağından çıxardılması lazım gələcək. Haberturk Baxış sayı: 73 |
Xəbərlər
Bloqlar |