Türkmənistanda siyasi partiyalar qanunu təsdiqləndi
Cümə, 13 Yanvar 2012
![]() Beləcə müstəqilliyini qazandığı 1991-ci ildən bu yana tək partiyanın hakim olduğu Türkmənistan da demokratikləşmə yolunda əhəmiyyətli bir addım atılmış oldu. Türkmənistan Məclisi tərəfindən qəbul edilən siyasi partiyalar qanunu dövlət başçısı Berdimuhammədov tərəfindən təsdiqlənərək rəsmi qəzetdə nəşr olundu. Yeni qanunla ölkədə siyasi partiya qurmanın haqq və öhdəçilikləri qanunlaşdı. Yeni qanunda vətəndaşların siyasi düşüncələrinə görə partiya qura biləcəyi ifadə edilərkən, siyasi partiyaların məqsədlərinin referendumlara, prezident seçkilərinə, millət vəkili və yerli rəhbərlik seçkilərinə qatılmaq olduğu ifadə edilir. Qanuna görə, cəmi 9 qurucu üzv tərəfindən qurula biləcək siyasi partiyaların ilk qurultayında ən az min nümayəndə sayına çatması lazımdır. Baxış sayı: 52 |
Xəbərlər
Bloqlar |