İranın seçimi Türkiyə
Cümə, 13 Yanvar 2012
![]() İran parlamenetinin sədri Əli Laricani "Müzakirələrin Türkiyədə aparılmasına müsbət baxırıq" deyib. İran parlamenetinin sədri Əli Laricani nüvə müzakirələrinin bu dəfə ciddi olmasını istədiklərini söyləyərək, ''Saxta müzakirələr olmasın. Türk qardaşlarımızın fikirləri də müzakirələrin Türkiyədə aparılması istiqamətindədir. Türkiyə bizim qardaş ölkəmiz və bu səbəblə təbii ki müsbət baxırıq'' deyib. Ankaradakı görüşmələrinin ardından mətbuat konfransı təşkil edən Laricani, ziyarətinin məhsuldar keçdiyini söyləyərək, Türkiyə ilə İranın bölgədə əhəmiyyətli rollar boynuna götürmələri səbəbiylə bölgədəki problemlərin həllinə dair görüşlərinin də əhəmiyyətli olduğunu qeyd edib. Laricani iki ölkənin liderlərinin regional problemlərə baxışlarının bir-birlərinə çox yaxın olduğunu ifadə edərək, ''Strateji mövzularda eyni fikirdəyik'' deyə danışıb. Laricani bunları söyləyib: ''İranın nüvə proqramı açıq və dəqiq bir şəkildə davam edir. Biz qərblilərin oyunlarını oynamaq istəmirik. Bütün mövzuların müzakirələrlə çox asan bir şəkildə həll ediləcəyinə inanıram. Amma görüşmələr bu dəfə ciddi olsun istəyirik, saxta müzakirələr olmasın. Türk qardaşlarımızın fikirləri də müzakirələrin Türkiyədə edilməsi istiqamətindədir. Türkiyə bizim qardaş ölkəmiz və bu səbəblə təbii ki, müsbət baxırıq''. Laricani Tehran razılaşmasını xatırladılaraq ''müzakirələrin bu dəfə müvəffəqiyyətə çatacağına inanıb inanmadığının'' soruşulmasına bu qarşılığı verib: ''ABŞ türk dostlarımız vasitəçiliyi ilə edilən Tehran razılaşmasının nəticəyə çatmasına icazə verməyib. Obama bəy-əfəndi bir məktub göndərdi və yanacaq mübadiləsinə köməkçi olarıq dedi. Mən o zaman dedim ki, bu işdə bir iş var. Amma türk dostlarımız dedilər ki, onlar bu mövzuda zəmanət verirlər. İrana gəldilər, razılaşmağa vardıq və siz də gördünüz ki, 2 həftə içində ABŞ bu razılaşmanı qəbul etmədi və başqa yollara müraciət etdi. ABŞ və Qərbin rəftarları macəra arxasında olduqlarını göstərir. Biz bunu pozmadıq, onlar pozdu''. İranda sui-qəsdə uğrayan nüvə fizikaçısı İranda sui-qəsdə uğrayan nüvə fizikaçı ilə əlaqədar suala cavab verən Laricani, bu terror hadisələrinin dini liderlərinin ''Bölgədə xərçəng olaraq görülən İsrail olduğu müddətcə, bu problem davam edəcək'' sözünü təsdiq etdiyini bildirib. İsrailin Qüdsü paytaxt elan etmək istədiyini, bunun bütün müsəlmanlara bir xəyanət olduğunu ifadə edən Laricani, bu kimi terror hadisələrinin də İsrailin bu tətbiqlərinin davamı olduğunu irəli sürüb. Laricani İran üzərində başqa təzyiq variantlarını sınayıb müvəffəqiyyətsiz olduqları üçün terrordan istifadə etdiklərini vurğulayaraq, Qərbin bu terror hadisələri qarşısında səssizliyini qoruduğu üçün utanması lazım olduğunu bildirib. Laricani ''Bizim bu elm sahəsində çox aktiv bir gənc nəsilimiz var. İsrail əgər 4 dənə terror hadisəsi ilə bu işin önünə keçə biləcəyini düşünürsə, çox səhv düşünür. Gələcəkdə ediləcək işləri, yeni inkişafları da hər kəsə eşitdirəcəyik. Kimsə bizim önümüzə keçə bilməyəcəyini anlayacaq'' deyə danışıb. Suriyadakı vəziyyət ilə əlaqədar sualı cavablandıran Laricani İranın hər vaxt xalqlardan yana olduğunu, Tunisdəki ilk inqilabdan bəri də belə düşündüklərini söyləyərək ''Bölgə xalqının öz qədərini əlinə almağa haqqı vardır'' deyib. Laricani ''Türk hökuməti ilə eyni düşüncəni paylaşdıqlarını, türk liderlərinin rəftarlarına hörmət etdiklərini'', ancaq Suriya hadisəsində ABŞ və Qərbin İsrailə qarşı tətbiq olunan müqavimətə zərbə vurmaq istədiyini qeyd edib. Bir çox bölgə ölkəsi qərblilərə məlumat sızdırarkən Suriyanın İsrailə qarşı yaxşı bir müqavimət sərgilədiyini söyləyən Laricani bunları qeyd edib: ''Demokratiya yalnız müəyyən bir bölgəyə xüsusi bir şey deyil, bu səbəbdən bəzi islahatların edilməsi lazımdır. Amma demokratiyadan nəsibini almamış bəzi ərəb ölkələrinin demokratiyadan danışmaması da lazımdır. Bəzilərinin məclisləri də vardır, amma bu məclislər zarafat kimidir. Məclisin bütün üzvlərinə əmrlər verilir. O üzvlər bəzən də İsrailə gedirlər. Suriya mövzusunda bir ABŞ-İsrail layihəsi də mövcuddur. İslahat müddəti şüurlu bir şəkildə edilməlidir. Düşmənin şahmatı içində oynamamaq lazımdır. Bu səbəbdən bizim görüşümüz budur ki, Suriyada islahat aparılmalıdır, ancaq ağıllı bir şəkildə və müqavimətə zərər vermədən həyata keçirilməlidir''. ''Düşmənin şahmatı içində oynayanlar'' arasında Türkiyənin də olub- olmadığı barədə verilən suala Laricani belə cavab verib: ''Türkiyənin tutumu ABŞ və İsrailin tutumlarından fərqlidir. Türkiyənin baxışı onlardan fərqlidir. Türkiyə bölgədəki problemlərin yaxşı şəkildə nəticələnməsindən yanadır. Amma ABŞ və İsrail bölgədəki hadisələri pis hala gətirməyə çalışırlar. Bəlkə bəzi vəziyyətlərdən ötəri siz belə bir düşüncəyə qapılmısınız''. Radar sistemi Türkiyəyə yerləşdiriləcək olan radar sistemi ilə əlaqədar suala cavab verən Laricani, bu mövzunun işıqlandırılması lazım olduğunu ifadə edərək ''Amma bizim türk dostlarımıza güvənimiz var'' deyib. Laricani eyni mövzuyla əlaqədar bir başqa sual üzərinə də ''Bu radar sisteminin müsəlmanlardan yana olmadığını göstərən səbəblərimiz var, buna diqqət yetirilməsi lazımdır. Amma nəticədə digər mövzular da var və bu mövzunun görüşmələrlə işıqlandırılması lazımdır'' deyib. Əli Laricani bölgədə sünni-şiə gərginliyinin artmasına diqqətin çəkilməsi üzərinə, sünni və şiələrin hər ikisinin də təməlində müsəlman olduğunu və aralarında bir qarşıdurma olmadığını bildirib. Laricani bunları ifadə edib:''Məncə bu kimi mövzuların gündəmə gətirilməsi yaxşı deyil. Məsələn mən İraqda doğulmuşam və İraqı yaxşı tanıyıram. İraqda şiələr və sünnilər yan-yana, çox da yaxşı yaşayırlar. Əhəmiyyətli olan budur ki, türk dostlarımız da buna vurğu edirlər, ABŞ və qərblilər islamın məzhəbləri arasında ayrı-seçkiçilik salmaq istəyir. Bu mövzu üstündə dayanmağımız lazımdır. Türk dostlarımızla da çox səmimiyik, məsələn, mən şiəyəm, hörmətli Ərdoğan bəy sünnidir, amma çox da yaxşı dostuq. Bizim problemimiz sünni-şiə problemi deyil, bizim üçün İslam sevgisi daşıyan hər kəs hörmətlidir''. Bir jurnalistin İraqda baş nazir Nuru Əl-Maliki ilə prezident köməkçisi Tarık Haşimi arasındakı gərginliyi sünni-şiə gərginliyinə nümunə olaraq göstərməsi və İranın bu mövzudakı tutumunu soruşması üzərinə Laricani şiə və sünnilər arasında bir problemin olmadığını, siyasətçilər arasında həmişə buna bənzər problemlər yaşana bildiyini ifadə edərək ''Bəziləri bunu bir məzhəb qarşıdurması kimi göstərməyə çalışırlar, amma gerçək olan İraqdakı bu vəziyyətin səbəbi məzhəb deyil. Bəlkə bəziləri təbliğat yoluyla bunu bu şəkildə göstərməyə çalışırlar'' deyib. Milliyət Baxış sayı: 66 |
Xəbərlər
Bloqlar |