"Türkiyənin bu əmrə boyun əyəcəyini gözləmirdik"
Çərşənbə axşamı, 10 Yanvar 2012
![]() İranın dini lideri Ayətullah Seyid Əli Hamneyinin Milli Təhlükəsizlik Yüksək Şurasındakı nümayəndəsi Həsən Ruhani Türkiyədən keçmişdəki güvən mühitinin təkrar təmin edilməsi üçün Malatyadakı NATO radar sistemi layihəsinin qaldırılmasını istəyib. Ruhani bu gün Türkiyənin Tehran səfiri Ümid Yarım ilə görüşüb. Ruhani Malatyada qurulması planlanan NATO raket əleyhinə radar sisteminin hədəfinin İran olduğunu müdafiə edərək, Türkiyədən layihənin qaldırılmasını istəyib. Xəbərlərə görə, Ruhani Türkiyə səfirinə xitab olaraq "Türkiyə güvən mühitinin tam olaraq təmin edilməsi və bütün istiqamətli əlaqələrin keçmişdə olduğu kimi inkişafı üçün NATO radar sistemini qaldırmalıdır" deyə danışıb. Türkiyə səfiri Ümid Yarım isə görüşdə mövzu ilə əlaqədar Ankaranın tutumunu müdafiə edərək, bu radarın heç bir ölkə üçün təhdid meydana gətirmədiyini, NATO tərəfindən təşkil olunsa belə, Türkiyənin rəhbərliyində olduğunu söyləyib. Yarım "Biz daha əvvəl də bu sistemin heç bir qonşu ölkə əleyhinə istifadə edilməyəcəyini söyləmişdik" deyib. Eyni zamanda məclis üzvü də olan Ruhani türk səfirinin müdafiə etmələrini razı salıcı tapmadığını ifadə edərək "Sizin söylədiyinizin tam tərsinə olaraq ABŞ-ın yaradacağı sistemin ana hədəfinin İran olduğunu ifadə edir. Biz Türkiyə hökumətinin və yaxşı dostumuz olan ölkə liderlərindən bu əmrə boyun əymələrini gözləmirdik" ifadəsinə yer verib". CNNTürk Baxış sayı: 45 |
Xəbərlər
Bloqlar |