Əsəd ərəb ölkələrini topa tutdu
Çərşənbə axşamı, 10 Yanvar 2012
![]() Suriya prezidenti Bəşər Əsəd Dəməşqə arxa çevirən ərəb ölkələrini sərt dillə tənqid edib, ancaq Suriyanın suverenliyinə hörmət göstərən bütün həll təkliflərinə qapılarının açıq olduğunu da söyləyib. Təxminən dörd ay sonra ilk dəfə xalqa səslənənƏsəd Dəməşq Universitetində etdiyi çıxışında "Suriyanı sabitliksizləşdirməyi məqsəd qoyan" xarici gücləri günahlandırıb. "Bu məqsədlə hərəkət edən regional və beynəlxalq tərəflərin artıq gerçəkləri təhrif edə bilməyəcəyini" söyləyən Əsəd medianın da köməyiylə Suriyaya qarşı qlobal miqyasda bir qorxu kampaniyası başladıldığını da vurğulayıb. Suriyaya demokratiya və islahat dərsi verməklə ittiham etdiyi Ərəb Birliyi ölkələrini də kinayəli bir dillə tənqid edib. "Suriya parlamenti 1917-ci ildə açılıb. Bizə tövsiyə edən ölkələr o zamanlar harada idi?" deyən Əsəd "Bunların vəziyyəti, ağızında siqaret olan bir həkimin, xəstəsinə siqareti buraxması üçün tövsiyə etməsinə bənzəyir" ifadəsindən yaralanıb. Əsəd buna qarşı Suriyanın suverenliyinə hörmət göstərən bütün "ərəb həllərinə" qapılarının açıq olduğunu da söyləyib. Təhlükəsizlik güclərinə vətəndaşlara atəş etmələri üçün təlimat verdiyi istiqamətindəki xəbərləri yalanlayan Əsəd "Biz insanlarımıza qarşı döyüşmürük. Bu insanların arxasında saxlananlarla döyüşürük" deyib. Posta Baxış sayı: 39 |
Xəbərlər
Bloqlar |