07 Fevral 2012      
RU

Dünyanı taxıl qıtlığı bürüyür

Şənbə, 04 Sentyabr 2010
Çap PDF faylını al

Taxıl üzrə Beynəlxalq Şura 2010-cu ildə taxıl məhsullarının istehsalı üzrə proqnozu yenidən azaldıb. Qurumun mütəxəssisləri bu mövsüm dünyada 1 milyard 745 milyon ton taxıl tədarük olunacağını proqnozlaşdırır. Bu isə ötənilki göstəricidən 70 milyon ton azdır. Eyni zamanda mövcud taxıl ehtiyatlarının 9 milyon ton azalaraq 360 milyon tona düşdüyü bildirilir.

Bu arada, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Rusiyada məhsul yğımının kəskin azalacağı barədə məlumat yayıb. Qurumun hesablamalarına görə, mövsümün sonuna regionun ən böyük istehsalçısı olan bu ölkədə cəmi 45 milyon ton məhsul yığılacaq. Bu ötənilki göstəricidən 2 dəfə, Rusiya hökumətinin ən son proqnozundan isə 25 faiz azdır.

Taxıl istehsalında gözlənilən azalma və Rusiya hökumətinin ixraca qadağanın 2011-ci ilin sonuna qədər qüvvədə ola biləcəyi barədə bəyənatı bazarlara ciddi təsir göstərib. Təkcə son 1 gündə birjalarda ərzaq buğdası 3,5 faiz bahalaşıb. İndi buğdanın buşeli 7,6 dollara və kiloqramı 28 sentə satılır.

Azərbaycanın ən çox taxıl idxal etdiyi Qazaxıstanda da qiymətlər gündəlik artır. “Kazaxzeron” saytının məlumatına görə, son 1 həftədə Qərbi Qazaxıstan vilayətində ixrac olunan ərzaq buğdası 11, Pavlodarda 8, Şimali Qazaxıstanda isə 15 faiz bahalaşıb. Qazax mənbələrinin məlumatına görə, Pavlodar vilayətində məhsuldarlıq 13,5 sentnerdən 6,3-ə, Tabol vilayətində 2 dəfə azalıb. Biçin başa çatmış Kustanayda isə istehsal 5,4 milyon tondan 3,5-ə düşüb.

Vəziyyəti belə görən Qazaxıstan hökuməti özü ehtiyat toplamağı qərara alıb. Gələcəkdə dövlət ehtiyaclarının təmin olunması və mümkün bahalaşmanın qarşısını almaq üçün hökumət tonu 180 dollardan olmaqla 2 milyon ton buğda tədarük edəcəyini açıqlayıb. Taxıl qıtlığı Amerikayada təsirsiz ötüşməyib. Ötən aylar amerikalı istehsalçılar maksimum 3 milyon ton taxıl satırdısa, indi bu həcm 4 milyon tonu ötüb. Rusiyanın ixraca qadağa qoymasından sonra Türkiyə və Misir şirkətləri okeanın o tayından taxıl almağa başlayıb.

Yeri gəlmişkən, 2009-cu ilin nəticələrinə görə, dünyada ən çox ərzaq buğdası Çində istehsal olunub - 114,5 milyon ton. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, siyahıda 2-ci yeri 80,5 milyon tonla Hindistan tutur. Ötən il Rusiyada 61,7, Birləşmiş Ştatlarda isə 60,3 milyon ton ərzaq buğdası tədarük edilib.

ANS



Baxış sayı: 258

ARXIV

< Sentyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
    1 2 3 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

Emi, yoxsa Ketrin?

25%
75%

Hava durumundan razısınız?

56%
44%
0%