"Standard&Poors" Avropa liderlərini dilə gətirib
Bazar, 15 Yanvar 2012
![]() "Standard and Poors" agentliyi Avropada böyük səs-küyə səbəb olub. Dünya ölkələrinin kredit reytinqlərini hazırlayan agentliyin son hesabatda bir sıra Avropa ölkələrini 2 kateqoriya endirməsi Avropa Birliyi ölkələrində böyük ajiotaja yol açıb. Hökümətlər böyük əhəmiyyət kəsb edən statistik göstəricilərin gələcəkdə investorların sayının azalmasına gətirəcəyindən qorxur. Qurumun Fransanın kredit reytinqini ən yüksək “AAA” göstəricisindən “AA+” pilləsinə endirməsi, Kütləvi İnformasiy Vasitələrindən nadir hallardan görünən Fransanın baş naziri Françoys Fillonu da dilə gətirib. Fillon dövlətin iqtisadi siyasətinin müdafiəsinə qalxaraq, hökümətin dövlət borclarının ixtisarı və digər iqtisadi islahatların davam etdirəcəyini bildirib. Emitentlərin - o cümlədən hökümətin bəzi maliyyə qurumlarının borc öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməsi potensialı baxımından müvafiq reytinqlər təşkil edən qurum yalnız sərt iqtisadi siyasətlə borc böhranından yaxa qurtarmağın mümkünsüz olduğunu bildirib. Fillon isə mətbuat konfransı keçirərək panikaya lüzum görmədiyini deyib. Baş nazir bu kimi hesabatın gözlənilən olduğunu desə də, agentliyin yeni reytinqinin pis bir vaxtda təqdim edildiyindən gileylənib. Bununla belə baş nazir reyting agentliyinin dövlətin siyasətini hədəfə almadığını bildirib. Nazir hökümətin apardığı iqtisadi siyasət hesabına 2016 -cı ilə kimi Fransada aktiv büdcə saldosuna nail olacaqlarını bildirərək, investorların etibarını təkrar olaraq qazanmaq üçün hökümətin əlindən gələni edəcəyini bildirib. Almaniya investisiyasının etibarlılıq göstəricisində heç bir dəyişiklik olmamasına baxmayaraq, ölkə kansleri Angela Merkel ötən gün Avropanı silkələmiş xəbərlə bağlı mətbuata müsahibə verib. İnvestorların etibarını qazanmaq üçün Avropanı hələ “uzun yol” keçməli olduğunu bildirib. Merkel avrozonada borc böhranından çıxış yolu kimi ümumi büdcə həddlərinin müəyyənləşdirilməsini təklif edib. “Bütün Avropa ölkələrində konsitutusiyada nəzərdə tutulan borc həddlərinin tətbiqi bizim hazırda istifadə etdiyimiz icbari sanksiyalar kimi çox effektiv olacaq.Belə qətnamələr ən tez şəkildə qəbul olunacaq”,- deyə Almaniya kansleri vurğulayıb. Bu arada Fransada solçu koalisiyanın fəallarından ibarət bir qrup qeyd edilən kredit reytinqi agentliyinin ölkədəki nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirib. Etirazçılar Fransanın borcların öhdəsindən gəlmə qabiliyyətini aşağı reytinqlə dəyərləndirilməsinə qarşı çıxıb. Nümayişdə eyni zamanda hökümət də əsas tənqid atəşinə tutulub. Belə ki, etirazçılar rəhbərliyin hansısa agentliyin “AAA” reytinqini əsas hədəf seçməsini və bunun realizəsi üçün sərt iqtisadi islahatlar həyata keçirməsini qəti şəkilldə pisləyib. Qeyd edək ki, cümə günü ABŞ-da mərkəzləşmiş maliyyə qurumları və bazarlarının araşdırılması agentliyi olan Standard And Poors Fransa, Slovakiya, Sloveniya, Malta, Fransa kimi ölkələrin kredit reytinqini bir pillə azaldıb. İtaliya, İspaniya, Kipr və Portuqaliya isə nə-az nə çox 2 pillə geriləyərək, son iki ölkənin kredit göstəricisin “zibil” səviyyəsinə düşməsinə səbəb olub. Avstriya "AAA"dan "AA+"ya düşüb, bir pillə geriləyib Belçika "AA"da qalıb, dəyişilməyib Kipr "BBB"dən "BB+"yə düşüb,2 pillə geriləyib, “zibil” səviyyəsindədir Estoniya "AA-"da qalıb, dəyişilməyib Finlandiya "AAA"da qalıb, dəyişilməyib Fransa "AAA"dan "AA+" düşüb,bir pillə geriləyib Almaniya "AAA"da qalıb, dəyişilməyib İrlandiya "BBB+"da qalıb, dəyişilməyib İtaliya "A"dan "BBB+"ə düşüb, 2 pillə geriləyib Portuqaliya "BBB-"dan "BB"yə düşüb, 2 pillə geriləyib, “zibil” səviyyəsindədir İspaniya "AA-"dan "A"ya düşüb, 2 pillə geriləyib ANS Baxış sayı: 56 |
Xəbərlər
Bloqlar |