Əfqanıstan ilə Çin razılaşma imzalayacaq
Çərşənbə axşamı, 27 Dekabr 2011
![]() Əfqanıstan rəhbərliyi, Çinin dövlətə aid Milli Neft Şirkətinin ölkədə neft istehsal edən ilk xarici firma olmasına icazə verəcək bir razılaşma imzalamağa hazırlaşır. Əfqanıstanın Mədən Nazirliyindən verilən şərhdə, Çin şirkətinin ölkənin şimal-şərqindəki Sari Pul və Faryab bölgələrində fəaliyyət göstərəcəyi qeyd edilir. Amudərya çayı hövzəsi olaraq bilinən bölgədə təxminən 87 milyon barel neft ehtiyatı olduğu düşünülür. Razılaşmağa görə, yerli tərəfdaşı "Watan Qrup" ilə əməkdaşlıq edəcək Çin şirkəti gəlirin 70 faizini hökumətə köçürəcək. Ölkənin şərqindəki və cənub-şərqindəki qarşıdurma bölgələrindən yüzlərlə kilometr uzaqda olan Sari Pul və Faryab bölgələrinin nisbi olaraq etibarlı olduğu ifadə edilir. Bu səbəblə bölgədə təhlükəsizlik məsuliyyətini böyük nisbətdə əfqan ordusu və polis boynuna götürmüş vəziyyətdədir. Sovetlər Birliyi dövründə, 1970-ci illərdə aparılan araşdırmalar Əfqanıstanın zəngin yeraltı qaynaqları olduğunu ortaya qoymuşdu. Mədən sahəsində razılaşmalar imzalayan çox sayda xarici şirkət, infrastruktur və təhlükəsizlik problemləri səbəbiylə ölkədə fəaliyyət göstərə bilmədi. Milliyət Baxış sayı: 91 |
Xəbərlər
Bloqlar |