21 May 2012      
RU

Reuters: Avro 2012-ci ildə "öləcək"

Çərşənbə axşamı, 27 Dekabr 2011
Çap PDF faylını al

Reuters informasiya agentliyi iqtisadçı ekspertlər arasında sorğu aparıb. Onların böyük əksəriyyəti üzümüzə gələn ilin avrozona üçün yaxşı olacağı haqda xoş proqnoz verməyiblər. Belə ki, bir sıra ararıcı iqtisadi nəhəng ölkələri böhran bürüyəcək, avro hazırkı mövcudluğunu itirəcək, neftin qiyməti əhəmiyyətli dərəcədə düşəcək, dünya fond bazarları isə ötən ildə verdiyi itkiləri bütünlüklə bərpa edə bilməyəcək.

Reuters-in apardığı irimiqyaslı sorğu göstərir ki, Avropa iqtisadiyyatının böhranı növbəti ildə də dərinləşməyə davam edəcək. İqtisadçıların böyük əksəriyyəti hesab edir ki, 2012-ci ildə avrozona hazırkı mövcud vəziyyətini itirəcək.

Avropa Birliyinin liderləri dekabr ayında öz ölkələrinin maliyyə inteqrasiyalarını möhkmləndirməyə cəhd edəcəklər, lakin iqtisadçılar ehtiyat edirlər ki, bu, İspaniya və İtaliyanın borc böhranını yüngülləşdirməyəcək və uzun müddətli ağır resessiyanın qarşısını ala bilməyəcək. İqtisadçılar ümidlə bildiriblər ki, ticari tərəfdaşlarının iqtisadiyyatını aşağı salan Avropanın hazırkı borcları qlobal iqtisadi böhran vaxtı artmayacaq.

ABŞ-dakı iqtisadi vəziyyət nisbətən optimist yanaşmağa imkan verir. Yola salacağımız ilin sonuncu rübündə Birləşmiş Ştatlar iqtisadiyyatı əvvəllər proqnozlaşdırıldığından da yaxşı göstəricilər göstərir. İqtisadçılar ABŞ iqtisadiyyatının artımını 2,2%, AB ölkələrinin iqtisadiyyatındakı artımı isə 0 rəqəmi ilə proqnazlaşdırırlar. Standard Chartered Bankın baş iqtisadçısı Jerar Layons dünya iqtisadiyyatının artım tempindən danışarkən deyib ki, iki müxtəlif dünyadan söhbət gedir: Avropa 2012-cilin birinci yarısında dünya iqtisadiyyatını aşağı dartacaq, sonra isə Çin onu yuxarı qaldıracaq. Növbəti ildə Çin və Braziliyanın iqtisadiyyatı qızğın şəkildə inkişaf edəcək. Bu ölkələr inflyasiyanın artmasının qarşısını almaq üçün kəskin pul siyasətinə məruz qalmışdılar.

ANS



Baxış sayı: 79

ARXIV

< Dekabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 28 29 30 31  

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%