Rusiya Gürcüstanla razılaşdı
Cümə axşamı, 10 Noyabr 2011
![]() Uzun çəkişmələrdən sonra Tbilisi ilə Moskva nümayəndələri arasında Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dair razılıq ələ olunub. Rusiyanın təşkilata üzvlüyü noyabrın 10-da elan oluna bilər. Ticarət Təşkilatının mətbuat katibliyinə istinadən Rusiyanın üzvlüyünə dair yekun qərar ÜTT Baş Məclisinin dekabrda keçəcək sessiyasında qəbul olunacaq. İsveçrədə keçən danışıqlardan sonra sənədi Rusiyanın Cenevrədəki Ticarət Nümayəndəliyinin başçısı Yuri Xromov və ÜTT-də Gürcüstanın səfiri Zurab Çiaberaşvili tərəfindən imzalanıb. Diplomatik əlaqələrə malik olmayan tərəflər arasında vasitəçi rolunu İsveçrə yerinə yetirib. Gürcüstan Rusiyanın təşkilata üzvlüyünə etiraz edən yeganə ölkə olaraq Abxaziya və Cənubi Osetiya sərhədlərindəki gömrük nəzarətinə malik olmağı tələb edib ki, bu təklif Moskva tərəfindən qeyri-məqbul kimi rədd olunub. Ötən həftə Tbilisi sərhədlərdəki gömrük nəzarətinin yeni vasitələrlə aparılacağını elan edib. İsveçrənin təklif etdiyi kompromis variant sərhəddə 3 dəhlizdən yaradılması və mal mübadiləsinin elektron hesablanmasını nəzərdə tutur. Razılaşmaya əsasən tərəflər arasında həmçinin informasiya mübadiləsi aparılmalıdır. Tbilisi Moskvanın üzvlüyünə qarşı veto hüququndan istifadə edən yeganə ÜTT üzvü idi. Moskva ÜTT üzvlüynə dair danışıqları 1990-cı illərdən aparır. BBC Baxış sayı: 158 |
Xəbərlər
Bloqlar |