"Oskar"a namizədlər seçilir
Cümə axşamı, 05 Yanvar 2012
![]() Amerika Kino sənəti və Elmlər Akademiyası “Oskar”a namizədləri müəyyənləşdirmək üçün səsvermə siyahılarını öz üzvlərinə yollayıb. Akademiyanın 5 min 783 üzvü namizədlərin taleyini həll edəcək. Səsvermənin nəticələrini PricewaterhouseCoopers adlı beynəlxalq auditor şirkəti hesablayacaq. Bülletenlər ən geci yanvarın 13-də həmin şirkətə təhvil verilməlidir. Bütün bölümlər üzrə nominantlar yanvarın 24-də açıqlanacaq. “İlin mərasimi” – kinematoqrafiya sahəsində böyük uğurlara görə verilən qızıl heykəlciklər fevralın 26-da laureatlara təqdim olunacaq. 225 ölkə həmin mərasimdən birbaşa translyasiya təşkil edəcək.
Baxış sayı: 81 |
Xəbərlər
Bloqlar |