Baş nazir: “Eurovision” üçün viza rejimi sadələşdiriləcək
Bazar ertəsi, 10 Oktyabr 2011
![]() Oktyabrın 7-si və 8-də Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı Cenevrədə Məşvərət qrupunun növbəti görüş keçirilib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən xəbər verir ki, görüş zamanı Avropa Yayımlar Birliyinin (EBU) rəhbərliyinə Azərbaycanın Baş Naziri Artur Rəsizadə tərəfindən rəsmi məktub təqdim edilib. Sözügedən məktubda Azərbaycana gələcək bütün qonaqların təhlükəsizliyinin qorunması qeyd olunub: “Azərbaycan dövləti bizim ölkəyə gələcək minlərlə xarici qonaqlara bütün təhlükəsizliyi, viza rejiminin sadələşdirilməsində tam öhdəliyini təmin edir. Azərbaycanın hər bir vətəndaşı “Eurovision” müsabiqəsində bizim qazandığımız qələbədən fəxr edir və bu yarışmanı Bakıda keçirmək onlar üçün böyük şərəfdir. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin təşkilinin böyük bir məsuliyyət olduğunu dərk edir və bunun üçün bütün zəruri addımları atmağa hazırdır”. Məktubda deyilir ki, 57-ci “Eurovision” mahnı yarışması zamanı mətbuat və azarkeş kimi gələcək bütün insanların Avropa İnsan Haqları Konvensiyasına uyğun ifadə və sərbəst toplaşma azadlıqları təmin edəcək. Görüşdə iştirak edən Azərbaycanın “Eurovision” üzrə məsul şəxsi Adil Kərimli, ev sahibliyi ilə bağlı yayımçı telekanalın müxtəlif sahələrdəki inkişafını təqdim edib. EBU və Məşvərət Qrupu iclasın sonunda nəticəyə gəliblər ki, A. Kərimli və onun komandası Avropanın ən sevimli TV şousunun təşkilində işlərini düzgün qurublar. Qeyd edək ki, “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinalları mayın 22-si və 24-də, finalı isə 26-da Bakı şəhərində keçiriləcək. Baxış sayı: 197 |
Xəbərlər
Bloqlar |