![]() Elm insanları çiynədikcə toxluq hissi yaradan saqqız hazırlayıblar. 2 il içində bazara çıxacaq olan saqqız sayəsində kilo vermək asanlaşacaq. ABŞ-ın Nyu-York şəhərində olan "Syracuse Universiteti"ndə aparılan araşdırmalarda, toxluq hissi verən "PYY" hormonunun ağız yoluyla qana qarışa biləcəyi aşkar edilib. Buna istinadən istehsal ediləcək saqqızın, iştahı tarazlaşdırmada və toxluq hissi vermədə təsirli olması gözlənilir. İki il içində satışa çıxarılacaq olan saqqızın, eynilə siqaret istəyini azaldan nikotin saqqızları kimi davamlı yemək yemə istəyini azaltması və şişmanlıq kimi kilo problem yaşayanlara yardımçı olması gözlənilir. Kimya mütəxəssisləri, daha əvvəlki işlərdə həddindən artıq kilolu insanların PYY dəyərlərinin aşağı çıxdığını və buna görə kilo vermədə çətinlik çəkdiklərini ortaya qoymuşdular. Lakin PYY hormonu çöldən alındığında bədən dərhal müqavimətə keçdiyi və həzm edə bilmədiyi üçün ancaq insulin kimi dərman formasında hazırlanması lazımdır. Buna görə, universitetin araşdırmanı icra edən kimya bölümünün mütəxəssisləri B12 vitamininə PYY hormonu əlavə edərək bədənin qəbul etməsini təmin ediblər. PYY hormonunun bədənə verdiyi siqnalla, ən çox paylararası iştahın basdırılmasında təsirli olduğu ifadə edilir. Bədəndəki PYY nisbəti, ən çox lifli qidalar və zülaldan zəngin bəslənmə nizamıyla artır. İngiltərədəki "College London Üniversitesi"nde siçanlar üzərində aparılan araşdırmalarda da zülal ağırlıqlı bəslənən siçanlarda PYY səviyyəsinin yüksəldiyi və kalori yandırmanın artdığı görülmüşdü. Milliyət Baxış sayı: 168 |
Xəbərlər
Bloqlar |