![]() Amerikalı alimlər deyirlər ki, yuxuluğun dərmanı qayqanaqdır Ona görə ki, toyuq yumurtası ayıltma effiktinə malikdir. Alimlər əmindirlər ki, şəkər yox, məhz sadə qayqanaq insanlara daha tez ayılmağa kömək edir. Bişirilmiş yumurtada insanı özünü gümah hiss etməyə kömək edən və beyincikdə hipokretin və oreksin maddələrinin yaranmasını stimullaşdıran komponent var. Əvvəllər dietoloqlar deyirdilər ki, səhər tezdən orqanizmi şirin məhsullarla qidalandırmaq lazımdır. Məhz belə energetik qidalanma həmən yüksək tonus verir. Lakin son araşdırmalar göstərir ki, qayqanaq orqanizmi ayıltma məsələsində daha xeyirlidir. Toyuq yumurtasında həmçinin amin turşuları, zülal, marqan, sink, kalsium, dəmir, A,B və E vitaminlər var. Bütün bunlar qan hüceyrələrinin yaranmasına və inkişaf etməsinə, həmçinin katarakta xəstəliyinin profilaktikasına, oynaqların və sümüklərin möhkəmlənməsinə kömək edir. Dilbər Baxış sayı: 174 |
Xəbərlər
Bloqlar |