![]() Gözəl bədən quruluşuyla məşhur olan 39 yaşlı kolumbiyalı Sofiya Verqer pərəstişkarlarıyla ideal qadın qamətinə malik olmağın reseptini bölüşüb. “America's Health” jurnalına müsahibə verən gözəl model və aktrisa etiraf edib ki, heç zaman pəhriz saxlamır və öz üzərində işləməkdən zəhləsi gedir. Formada qalmaq üçün aktrisa Hollivudda yaşayan məşhur məşqçi Hunnar Petersonla məşqlər edir. Amma kolumbiyalı gözəl deyir ki, məşqlər zamanı çox yorulur və məşqçi onun bu halına fikir vermir. Ancaq S.Verqer siqaret və spirtli içkilərdən uzaqdır. O, gözəl qamətinin sirrini kolumbiyalı olmasıyla izah edib. Model plastik cərrahiyyə əməliyyatlarına qarşı olmadığını da bildirib. Lakn o, buna ehtiyacı olmadığını da vurğulayıb. Baxış sayı: 218 |
Xəbərlər
Bloqlar |