![]() Laboratoriya siçanları üzərində aparılan təcrübəyə görə, yetkinlərin beyin inkişafı seks ilə yaxından əlaqəlidir. Daha əvvəl aparılan araşdırmalarda stressli və naxoş vəziyyətlərin beyin inkişafını önlədiyi isbat edilmişdi. Prinston Universitetinin araşdırmaçıları bu səfər də seks kimi stressli, amma kefli vəziyyətlərin, beyin üzərində müsbət bir təsir yaradıb- yaratmayacağını görmək istəyiblər. Və erkək laboratoriya siçanlarını 3 qrupa ayırıblar: Birinci qrupdakılara gündə bir dəfə cinsi partnyor təmin edilərkən, ikinci qrupdakılara iki həftədə bir təmin edilib. Və üçüncü qrup tamamilə dişisiz buraxılıb. Nizamlı cinsi əlaqəyə girən siçanlarda beyin inkişafının yanında beyin hüceyrələri arasındakı əlaqələrin də çoxaldığı müşahidə edilib. Daha geniş beyinlərinin mümkün bir təsiri ola biləcək şəkildə bu siçanların ayrıca çox daha dinc olduqları müşahidə olunub. Və təbii mühitləri xaricində olmalarına rağmən, digərlərinə görə yemək mövzusunda daha ardıcıl davranıblar. Milliyət Baxış sayı: 224 |
Xəbərlər
Bloqlar |