Ölkəmizdə olduqca geniş şəkildə yetişdirilən nanə bitkisinin saymaqla bitməz faydaları var. Yeməklərdə tez-tez istifadə etdiyimiz su nanəsi ilə tibbi olaraq istifadə edilən nanənin və digər nanə növlərinin dad, qoxu və təsirləri bir-birindən fərqlidir.

Nanə ölkəmizdə xüsusilə mədə və bağırsaq xəstəliklərində istifadə edilir. Ayrıca qış aylarında soyuqlama simptomlarının azaldılması üçün də qaynadılaraq içilir. Həzmsizlik, şişkinlik və qaz şikayətlərini azaltmasının yanında həzm sistemindəki spazmları həlledici təsirindən də faydalanılır. Nanənin uçucu komponentlərinin qaynadılaraq, ya da çox isti suya qoyularaq azaldığı və bu səbəblə təsirindən tam olaraq faydalanmaq üçün isti su ilə dəmlənməsi lazımdır. Qastrit şikayəti olanların nanəni daha diqqətli istifadə etmələrində fayda var. Qastriti olanlar nanə çayı içmək yerinə salat və yeməklərin içində nanə yarpağını istehlak etməyi seçim edə bilərlər. Nanənin təməl komponenti olan mentol çayından çox yağında daha çox rast gəlinir.

Nanə yağının iylənilməsi ilə miqren kimi ağrıların və təzyiqə bağlı baş ağrılarının azaldığı, əməliyyat sonrası bulantarın yüngülləşdiyi bəzi işlərdə müşahidə edilmişdir. Ayrıca nanə yağının istifadəsi artrit və əzələ ağrıları ilə miqren kimi baş ağrılarının azaldılmasında olduqca təsirlidir.

Milliyət



Baxış sayı: 358

ARXIV

< Sentyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 28 29 30    

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%