Gözəl və cazibədar qıçlara sahib olmağın incəliklərini sizin üçün araşdırdıq. Budur, cazibədar qıçların sirləri!

Səhər oyandığınızda aşağıdan yuxarı doğru qıçlarınızı fırçalayın. Ön qıç, arxa qıç, yumşaq hissəsini 10 dəqiqə boyunca çox basdırmadan fırçalanmalıdır. Qıçlarınızı fırçalalanmadan qan dövranını sürətləndirəcək və dəri üzərində yığılan bütün toksinləri təmizləyərək dərinin nəfəs almasını və daha balanslı bir hala qovuşmasını təmin edəcək.

Möhtəşəm qıçlara qovuşa bilərsiniz! Necə?

Duşda da edilməsi lazım olan bir sıra əməliyyatlar vardır. İsti və soyuq su fərqliliyi bədənin yenilənməsini və qan dövranının sürətlənməsini təmin edəcəyindən çox əhəmiyyətlidir. İsti suyun altında qaldıqdan sonra qısa bir müddət də dözə biləcəyiniz soyuqluqda suyun altında dayansanız, qan dövranınız artacaq və qıçlarınızla birlikdə bütün bədəniniz möhkəmləşəcək.

İstifadə edilən kosmetik məhsulları olduqca əhəmiyyətlidir. Yemədiyiniz heç bir məhsulu dərinizə tətbiq etməməlisiniz. İçərisində petro-kimya tullantısı olan heç bir məhsulu istifadə etməməniz lazımdır. Çünki dəriniz üzərinə sürdüyünüz hər maddəni əmmə xüsusiyyətinə malikdir. Bədəninizin təbii tarazlığını qoruya bilmək üçün təbii tərkibli məhsullar seçilməlidir. Məsələn, badam yağı və ya zeytunyağının içərisinə gözəl iy verməsi üçün bir neçə damla lavanta, ya da gül yağı damladıb tətbiq edə bilərsiniz.

Qıçlarınızdakı hamarlığı uzun müddət hiss edə biləcəyiniz və istənməyən tüklərinizdən xilas olmanızı təmin edəcək tük tökücü əlcək də bu mövzularda sizə köməkçi ola bilər!

 



Baxış sayı: 379

ARXIV

< Sentyabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
27 28 29 30    

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%