21 May 2012      
RU

Evlilik tarix olur?

Çərşənbə axşamı, 20 Dekabr 2011
Çap PDF faylını al

Belə görünür ki, 'bəli qəbul edirəm"in yerini "xeyr əsla" almağa başlayır.

"Pew Research Center" tərəfindən dərc olunan bir araşdırma "evlilik institutu tarix olur?" sualı ətrafında müzakirələrin başlanmasına təkan verdi.

Araşdırmaya görə, ABŞ-da evli yetkinlərin nisbəti tarixdə ilk dəfə 51 faizə gerilədi. Halbuki 1960-cı illərdə bu nisbət 72 faiz təşkil edirdi.

Mühafizəkarlara görə, bunun səbəbi eşcinsel evliliklərin hər keçən gün daha da artmasıdır.

Bəzisinə görə isə, əsl səbəbkar feminizmdir: "Qadın öz pulunu özü qazanır və uşaq istəyəndə də ən yaxın sperma bankına yollanır, o zaman nəyə görə evlənsin ki?"

Qadınlara görə isə günahkar kişilərdir: "Kişi onsuz da tarix boyunca evlilik fikirindən xoşlanmayıb. İndi sosial dəyişikliklərlə artıq evlənməyə də ehtiyacı da yoxdur".

Bəzilərinə görə, bunun "milyon dollarlıq" bir səbəbi var: iqtisadi böhran. İnsanlar ailə qura biləcək maddi imkanlara sahib deyillər. Bəlkə də, xüsusi və tək bir səbəbi yoxdur. İnsanlığın tarixi səfərində insanların artıq evlənmək istəmədiyi bir çağa gəldik.

Hansına qatılsanız qatılın, bir şey qətidir: ailə institutu üçün həyəcan zəngləri çalınır.



Baxış sayı: 116

ARXIV

< Dekabr 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 21 22 23 24 25
26 27 28 29 30 31  

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%