Evli qalmaq üçün 7 səbəb
Bazar ertəsi, 19 Sentyabr 2011
![]() ABŞ-ın "Huffington Post" xəbər saytı boşananların təcrübələrinə söykənərək insanların evli qalmaları üçün etibarlı səbəbləri açıqlayıb. 1. Bütün qadın və kişilər eynidir. Heç bir qadın və ya kişi digərindən daha ağıllı və ya yaxşı deyil. 2. Tək başına uşaq yetişdirmək çətindir və insanın həyat yoldaşıyla birlikdə uşağını yetişdirməsi daha yaxşı və sağlamdır. 3. Boşanmaq maddi olaraq sarsıdıcıdır. Həyat yoldaşlarından yüksək gəlirli olan, aliment və uşağın maddi məsuliyyətini daha çox yüklənmək vəziyyətində qalarkən, daha az gəlirli olan, boşanma sonrası daha aşağı bir həyat şərtində davam etmək məcburiyyətində qalır. 4. Boşanan fərdlərin birlikdə olacağı kəslərin uşaqlı olma ehtimalı daha yüksəkdir. Yeni tərəfdaşın əvvəlki evliliyindən olan uşağıyla yaxşı əlaqələr inkişaf etdirə bilmək aşılması lazım olan əhəmiyyətli maneələrdən biridir. 5. Yeni biriləriylə görüşmə və keçmiş həyat yoldaşla görüşmək hər vaxt məcburedici olacaq. Başından bir evlilik keçmiş olan kimsə, eşqbazlıq dövrünü əvvəlki kimi yaşaya bilməz. Ayrıca, boşanan adam uşaqlıdırsa, yaşayacağı yeni bir əlaqəyə bütün diqqətini verə bilməyəcək. 6. Tək yaşayan qadınlar üçün gecələr daha çətin keçə bilər. Evlilik həyatından sonra, evliykən əhəmiyyət verilməyən səs-küy səsləri, yuxu nizamına mənfi istiqamətdə təsir edə bilər. 7. Evlilik birgə olmaqdan daha əhəmiyyətlidir. İki adam həyatı paylaşarkən əslində daha əvvəl var olmayan bir uyğunlaşmanı yaradır. Hər vaxt birlikdə olmaq, ayrılıqdan daha qiymətlidir. Milliyət Baxış sayı: 273 |
Xəbərlər
Bloqlar |