Çat sevgiləri yuva yıxır
Cümə, 19 Avqust 2011
![]() Türkiyədə boşanan cüt sayında hər il artım yaşanır və mütəxəssislərə görə, internetdəki "Twitter" və "Facebook" kimi sosial paylaşma saytları evli cütlərin boşanmasında çox əhəmiyyətli bir faktordur! Türkiyə Statistik Təşkilatının məlumatlarına görə, Türkiyədə boşanan cüt sayında hər il bir artım yaşanır. Samsun On doqquz May Universitetinin mütəxəssisi Mələk Kalkan internetdəki ictimai şəbəkələrin evli cütlərin boşanmasına təsirini izah edir. O, son illərdə internetdəki ictimai şəbəkələr vasitəsilə subay və evli fərdlərin qarşı cinslə romantik ya da cinsi əsaslı əlaqə yaratma meylinin artdığına diqqət çəkir. Evlilik birliyini pozur Kifayət qədər bir-birlərini tanımadan reallaşdırılan evliliklərin ömrünün də əksər hallarda qısa olduğunu ifadə edən Mələk Kalkan "Eyni şəkildə evli fərdlərdə də internet vasitəsilə qarşı cinslə tanış olma və görüşmənin artmış olması evlilik birliyinin pozulmasına və boşanmalara səbəb olur",- deyir. Evliliyin təməli ünsiyyətdir Mələk Kalkan uyğun bir evliliyin ön şərtlərindən birinin də sağlam ünsiyyət olduğuna diqqət çəkərək, "Ər-arvad arasındakı ünsiyyət problemlərini həll etmədən uyğun bir evliliyi davam etdirmək çətindir. Cütlər qarşılıqlı və əsaslı ünsiyyəti və qarşıdurma həll etmə davranışlarını bilmirlərsə, uyğunsuzluq yaşamaları qaçınılmazdır" ,-deyə danışır.
Baxış sayı: 293 |
Xəbərlər
Bloqlar |