21 May 2012      
RU

Qadınların ən böyük xəyalı nədir?

Şənbə, 09 İyul 2011
Çap PDF faylını al

İngilis psixoloq və sosioloqlardan ibarət olan bir qrup araşdırmaçı qadınların xəyalları haqqında bir araşdırma aparılıblar. Budur, qadınların ən böyük xəyalı!

21 əsr qadını görünüşə görə bütün karyera hədəflərini və ehtiraslarını bir kənara buraxmış vəziyyətdədir. Araşdırmağa qatılan qadınların 65 faizinin müvəffəqiyyətli bir evlilik xəyalı qurduğu ortaya çıxıb. Qadınların 70 faizi "evli, xoşbəxt və uşaqlı" bir həyat xəyal edir. Böyük əksəriyyəti də yalnız uşağıyla və eviylə maraqlanmağı, işi buraxmağı istəyir. 1990-cı illərdə aparılan bir araşdırmada 20 faiz qadın karyera qurmağa can atdığını bildirmişdi və bu faizin bu qədər artması mütəxəssisləri çaşdırır.

Mütəxəssislər qadınların birlikdə olub evlənmək istədikləri adamların IQ səviyyələriylə əlaqədar bir araşdırma da aparıblar. Qadınların 62 faizi özündən daha ağıllı bir kişilə həyatını birləşdirmək istəyir. 20 faizi isə ərlərinin intellektual olub-olmadığına heç əhəmiyyət vermədiyini və yalnız sevginin əhəmiyyətli olduğuna diqqət çəkirlər.

Bir neçə on il əvvəl karyera hədəflərindən şəxsi həyatına çox da əhəmiyyət verməyən qadınların indi xoşbəxt bir yuva xəyalı qurması qəribə gələ bilər. Ancaq bir az düşündüyünüzdə xoşbəxt bir yuvanın yaxşı bir karyeranı üstələyəcəyini asanca fərq edə bilərsiniz.

Milliyət



Baxış sayı: 382

ARXIV

< İyul 2011 >
Bz. Çr Çr Cm. Şn Bz
        1 2 3
4 5 6 7 8 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%