Sizi aldadırmı?
Şənbə, 23 Aprel 2011
![]() Sevgilinizin, ya da həyat yoldaşınızın sizi aldatdığındanmı şübhələnirsiniz? O zaman əlaqə mütəxəssislərinin sözlərinə qulaq asmanızda fayda var... Ondan çox qazanırsınızsa: Qadının daha çox gəliri olması, onu həmcinslərindən beş qat daha çox aldadıla bilər. Uzun saatlar çalışırsa: Sizə zamanının 10 faizindən daha azını ayırırsa, aldatma ehtimalı yüksəkdir. Evlənmədən birlikdə yaşayırsınızsa: Kişilər üzüyü taxmadan əvvəl aldatmağa 40 faiz daha çox meylli olurlar. Ailəsində aldatma hadisəsi varsa: Bu kəslər aldatmağa daha meyllidirlər. Karolinska İnstitutu bu vəziyyətin genetik olduğunu təsbit etmişdi. Aldadan bir əkizi varsa: Bu vəziyyətdədirsə, digər əkizin də aldatma ehtimalı 200 faizdir. Daha əvvəl evləndisə: Daha əvvəl yaşanan bir boşanma, mövcud əlaqənin davam şansını azaldar. Seks asılılığı varsa: İnternetdə seks məzmunlu söhbətlər edib, porno arxasında qaçdıranlar hisssizləşirlər. Çöl şəraitində yaşayırsınızsa: İngiltərədə bir araşdırma, çöl bölgələrində zinanın daha yayğın olduğunu göstərir. Xüsusi ya da dini təhsil aldısa: Mədəni və dini ideallarla məhdudlaşdırılanlar, gənc yaşda evlənmə ehtiyacı duya bilərlər. Bu kəslər əlaqələrində qarışıqlıq yaşamağa da meyllidirlər. İctimai şəbəkə asılılığı varsa: Avropada boşanmaların 20 faizinin "Facebook"la əlaqəsi var. IQ-i sizdən aşağıdırsa: Təkamül psixologiya mütəxəssisi Satoşi Kanazavanın araşdırması ağıllı kişilərin aldatmağa daha az meylli olduğunu göstərib. Və son maddə: Ailənizi və yoldaşlarınızı sevmirsə Milliyet Baxış sayı: 482 |
Xəbərlər
Bloqlar |