Trans Barbi!
Bazar ertəsi, 12 Dekabr 2011
![]()
Amerikalı Ceyson Torres 18 yaşında qadın olmağa qərar verib. Heyran olduğu "Barbi"yə bənzəmək üçün 12 il əlləşən Ceyson 5 dəfə sinə, 4 dəfə burun, bir çənə və omba əməliyyatı keçirib, göz qapağı qaldırma, yanaq implantı, plomb, silikon enyeksiyası və botoks etdirib. Nikol Sanders adını alan gənc "Barbi"nin görünüşünü almaq və ona bənzəmək üçün 200 min sterlinq xərcləyib. 17 yaşında evdən ayrıldıqdan sonra, 1 il yoldaşında qalan Nikol daha sonra Nyu-Yorkda "mavi" klublarda çalışıb. Ancaq "çox qadına oxşadığına" görə işdən qovulub. Daha sonra bir gecə klubda rəqsçilik və modellik etməyə başlayıb. "Cinsiyyət dəyişdirmə əməliyyatı daxil, estetik əməliyyatlara çox pul xərclədim. Nəysə ki, mənə köməkçi olan zəngin kişi yoldaşlarım vardı",- deyə danışan Nikol, hazırda mahnı oxuyur və aktyorluq edir. "Artıq görünüşümdən məmnunam. Mən təbii görünmək deyil, "Barbi" kimi şişirdilmiş və gözəl görünmək istəyirəm" deyib. Nikol son zamanlarda ailəsiylə də arasını düzəltməkdən məmnun olduğunu söyləyir. Kuklanın "gücünə" baxın...
Baxış sayı: 86 |
Xəbərlər
Bloqlar |