21 May 2012      
RU

Nefertitiyə oxşamaq bahalıdır

Bazar, 24 Oktyabr 2010
Çap PDF faylını al

İngiltərəli xanım rəssam və yazıçı Nilen Namita ölkədə məşhurdur. Ancaq 50 yaşlı ingiltərəli xanım istedadına görə yox, keçirdiyi plastik əməliyyatların sayına görə tanınır. 53 dəfə bıcaq altına yatan N.Namita Misir çariçası Nefertitiyə oxşamaq istəyir.

N.Namita deyir ki, uşaq vaxtları tez-tez qəribə yuxular görürmüş. 23 yaşında psixoanalitikə müraciət edir və təəccüb doğuran izahat alır. Psixoanalitik ona deyib ki, yuxular keçmiş həyat haqqında xatirədir. O zaman H.Namita Nefertitinin rəsmini görmək istəyir. Misir çariçasıyla “qarşılaşma” gələcək yazıçını sarsıdır.

İndi N.Namitanın 50 yaşı var və idealına oxşamaq üçün keçirdiyi plastik əməliyyatlara təqribən 300 min dollar xərcləyib. Belə ki, 8 dəfə burun hissəsindən əməliyyat olunub, çənəaltı hissəsinə 3 implantant yerləşdirilib, qaşların hündürlüyü dəyişdirilib, 6 dəfə üzünün dərisi çəkdirilib, 2 dəfə dodağında, 5 dəfə göz hissəsində əməliyyat aparılıb və s. və i. Kitablarını və fotolarını satmaqla cərrahların pullarını verib. “Qəhrəman” xanım deyir ki, böyük evə pul xərcləmək istəmir. Sərmayəni daha çox bədəninə yatırmağı məqsədəuyğun sayır.

Amma plastik əməliyyatlara yenə də pulu çatmır, idealına oxşamaq üçün hətta qızını məktəbdən çıxarmağa məcbur olub. Qızı təbii ki, anasının bu ehtirasını alqışlamır və anasına yazığı gəldiyini bildirir. 16 yaşlı qızı anasının dəhşətli ağrılara dözməsinə təəccübləndiyini də gizlətmir.

Tənqidlərdən incisə də, N.Namita plastik əməliyyatdan əl çəkməyəcəyini deyir. Onun sözlərinə görə, mükəmməliyə çatanadək bıcaq altına yatmaqdan imtina etməyəcək.

Dilbər



Baxış sayı: 645

ARXIV

< Oktyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23
25 26 27 28 29 30 31

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%