Sumqayıt QHT-lərinin Xəzər sahilində təmizlik aksiyası keçirildi
Bazar ertəsi, 26 İyul 2010
![]() Sumqayıt şəhərinin dənizkənarı ərazisi yay mövsümündə əraziyə istirahətə gələnlər tərəfindən daha da çirklənmiş, ərazidə ciddi antisanitariya şəraiti yaranmışdır. Beləki, istirahətə gələnlər özləri ilə gətirdiyi ərzaq və tərəvəzin artığını, istifadə etdikləri birdəfəlik plastik butulka və digər lazımsız əşyalarını yerə atırlar. Ərazidə zibil qutuları olmadığına və bu ərazi vaxtaşırı təmizlənmədiyinə görə dənizkənarı ərazi məişət tullantıları ilə dolmuşdur. Şəhərin kanalizasiya sularının bir hissəsinin birbaşa dənizə axıdılması da dəniz havası kimi qiymətli təbii sərvətdən əhalinin normal bəhrələnməsinə imkan vermir. “İctimai maraqlar naminə vətəndaş cəmiyyəti” İctimai Birliyi Sumqayıt şəhərinin dənizkənarı ərazisində təmizlik aksiyası keçirmək təşəbbüsü ilə çıxış etmiş və şəhərin yerli hakimiyyət orqanlarına müraciət edərək aksiyanı dəstəkləməyi, aksiya günü yığılan məişət tullantılarının daşınması üçün texnika ayrımasın və heç olmazsa, yay mövsümündə dənizkənarı ərazidə zibil qutularının qoyulmasını xahiş etmişdi. Şəhərin digər yerli QHT və media qurumları da təmizlik aksiyasını təqdir etmiş və “İctimai maraqlar naminə vətəndaş təşəbbüsü” Birliyinin müraciətinə qoşulmuşlar. İyul ayının 25-də saat 1900 –da Sumqayıt şəhərinin dəniz sahili ərazisində gəmi batan ərazidən başlayaraq Corat qəsəbəsi istiqamətində “Sumqayıt ümumi evimizdir, evimizi təmiz saxlayaq” şüarı ilə aksiya başlandı. “İctimai maraqlar naminə vətəndaş təşəbbüsü”, “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi, “Sağlam düşüncə” gənclər təşkilatını, “Ülvi” aztəminatlılara yardım və başqa qeyri hökumət təşkilatlarının fəalları və media nümayəndələrinin iştirakı ilə keçirilən bu aksiya zamanı iştirakçılar yerə atılmış zibilləri və ərzaq qalıqlarını toplayıb sellofan torbalara yığır və şəhər İcra Hakimiyyətinin Təmizlik departamentinin ayırdığı zibildaşıyan maşına yükləyirdilər. müraciətlər olunurdu. Tədbirdə media əməkdaşlarının iştirakı və bu barədə mediada məlumatın yayılması daha çox insanın təmizlik aksiyasının məqsəd və məramı barədə məlumatlanmasına xidmət edəcək. Sumqayıt QHT-lərinin təmizlik aksiyası Ekologiya ili elan olunan 2010-cu ilin ən faydalı və yaddaqalan tədbirlərindən biri və dövlətin ekoloji siyasətinə vətəndaş cəmiyyətinin töhfəsi olacaq.
“İctimai maraqlar naminə vətəndaş təşəbbüsü” İctimai Birliyi Baxış sayı: 687 |
Xəbərlər
Bloqlar |