Neylon paketi qadağan etdilər
Çərşənbə axşamı, 20 Dekabr 2011
![]()
ABŞ-ın ən böyük şəhərlərindən Sietldə neylon pakedən istifadə qadağan edildi. Sietl şəhər məclisinin yekdilliklə qəbul etdiyi qərarla, meyvə satanlar və pərakəndə satış mağazalarında neylon paket istifadəsi qadağan edildi, bunun əvəzinə kağız paketlər məsləhət görüldü. Şəhər sakinləri ildə 292 milyon neylon paket və 68 milyon kağız kisə istifadə edirlər. Qadağan qərarıyla, çirkliliyin azaldılması və ətraf mühitin qorunması hədəflənir. Kağız paketlərin 82 faizi, neylon paketlərinsə 12 faizi təkrar istifadə edilir. Sietl şəhər məclisi 2008-ci ildə belə bir qərar qəbul etmişdi, lakin 2009-cu ildə keçirilən referendumda məclisin qərarı rədd olunmuşdu. Neylon paket ötən il Türkiyədə İzmir şəhərinin Konak və Balıkesirin Edremit mahalında da qadağan edilmişdi. Baxış sayı: 119 |
Xəbərlər
Bloqlar |