Quraqlıq, sellər və qida böhranı
Şənbə, 19 Fevral 2011
![]() Son üç il içində ikinci dəfə qlobal miqyasda qida böhranı yaşayırıq. Buğda, qarğıdalı, şəkər və neft qiymətlərindəki artımlarla qida qiymətləri yanvarda qlobal miqyasda rekord səviyyələrə çıxdı. Bu artımlar ABŞ-dakı inflyasiyaya çox təsir etmədi, ancaq bu vəziyyətin dünyanın digər bölgələrində yaşayan və gəlirlərinin çoxunu təməl qida ehtiyacları üçün xərcləyən kasıb xalqlar üzərində mərhəmətsiz təsirləri var. Qida böhranının nəticələri iqtisadiyyatın da qarşısına keçir. Hər şeyin qarşısında Yaxın Şərqdə sui-istifadələrə qarşı təzyiqçi rejimlərdə meydana gələn üsyanların yaranma səbəbi qədər niyə indi ortaya çıxdığı da əhəmiyyətlidir. Yüksələn qida qiymətlərinin bu üsyanlarını başlıca tətikləyici səbəblərindən olduğu şübhəsizdir. Yaxşı, qida qiymətlərində yaşanan bu yüksəlişin arxasında nə var? Amerikalı sağmeylli siyasətçilər (və çinlilər), ABŞ-ın Mərkəzi Bankının (FES) zəif pul siyasətini tənqid edirlər, bəziləri də bankın başçısı Bən Bernankenin "əllərində qan izi var" belə deyə bilirlər. Digər tərəfdən Fransa prezidenti Nicolya Sarkozi də günahı spekulyantlarda axtarır və bu kəslərin "zorakılıq və soyğunçuluq' etdiklərini bildirir. YALNIZ BAŞLANĞIC Ancaq əldəki dəlillər daha qayğıvericidir bir hekayənin varlığına işarə edir. Qida qiymətlərindəki yüksəlişin birdən çox səbəbi olmaqla birlikdə ən çox təsir edənin isə əkinçilik istehsalını vuran pis hava şərtləri olduğunu ifadə edə bilərik. Və daha əhəmiyyətlisi odur ki, zəhərli qazlar üzündən iqlim dəyişikliyi davam etdikcə, qida qiymətləri yüksəlişində hələ başlanğıcın olduğunu deyə bilərik. Qida qiymətlərindəki yüksəliş eyni zamanda son vaxtlar əmtəəyə olan artan tələblə də əlaqədar bir vəziyyətdir. İnkişaf etməkdə olan ölkələrdəki sürətli böyümə alüminiumdan sinkə qədər müxtəlif xammalların tələbini 2009-cu ilin başından bəri artırmış vəziyyətdədir. ƏKİNÇİLİK SAHƏLƏRİ AZALIR Çin kimi inkişaf etmiş iqtisadiyyatlardakı böyümə sürətinin ət istehlakı artırması heyvanları otlatmaq üçün daha çox sahə ayrılmasını özü ilə gətirməsi bir gerçəkdir. Eyni şəkildə, başda pambıq olmaq üzrə xammal istehsalı üçün daha çox torpaq ayrılmasının, əkinçilik üçün ayrılan sahələri azaltması da başqa bir reallıqdır. Bioyanacaq istehsalında istifadə edilən etanol istehsalı üçün qarğıdalından imtina edilməsi digər bir gerçəklikdir. Yəni, həm iqtisadi böyümə, həm də pis enerji siyasəti qida qiymətlərinin artımında rol oynayır. Bütün bunlara baxmayaraq qida qiymətlərindəki yüksəliş keçən yaz hava şərtləri ağırlaşana qədər digər əmtəə məhsullarındakı yüksəlişin gerisində qalmışdı. HAVAYA NƏ TƏSİR EDİR? O zaman soruşulması lazım olan sual budur: hava şərtlərində yaşanan bu həddindən artıq dəyişmənin arxasında nə yatır? Bu vəziyyət bir nöqtəyə qədər, təbii bir hadisə olan "La Nina" hava axıntısının normaldan daha soyuq hala gəlməsindən qaynaqlanır. "La Nina"dan qaynaqlan vəziyyətlər tarixi olaraq baxıldığında qlobal qida böhranlarıyla əlaqəli bir seyr izləyir. Eyni vəziyyət 2007-2008-ci il dövründə yaşanan böhranda da görülmüşdü. Ancaq hekayənin hamısı bu deyil. Bu qış bolca yağan qaqa baxıb yanılmayın, 2010-cu il, "La Nina"nın ilin ikinci yarısındakı soyuducu təsiri və Günəş fəaliyyətlərinin ən az olduğu dövr olmasına baxmayaraq rekord istilik baxımından 2005-ci illə yarışdı. Rekord istiliklər yalnız Rusiyada deyil, dünyanın beşdə biri sahəsini örtən 19 ölkədə də müşahidə edildi. Həm yaşanan qıtlıq, həm də sellər qlobal istiləşmənin təbii nəticəsi olaraq ortaya çıxır. İstiliklər quraqlığa səbəb olarkən, digər tərəfdən okeanlardan daha çox suyun buxarlanmasına və həddindən artıq yağışlarla sellərə səbəb olur. DAHA PİSİNİ GÖRƏCƏYİK Əlimizdəki dəlillər qlobal istiləşmənin və iqlim dəyişikliyinin yaşandığı bir dünyada iqtisadi və siyasi olaraq yaşanan çatışmazlıqların daha ilk mərhələsində olduğumuzu göstərir. Qazıların atmosferə atılması mövzusundakı müvəffəqiyyətsizliyimiz davam etdiyi müddətcə, qaçınılmaz olaraq daha pisiylə qarşı-qarşıya qalacağıq. Paul Krugman The New York Times Baxış sayı: 554 |
Xəbərlər
Bloqlar |