ABŞ böyük ekoloji fəlakətlə üz-üzədir
Cümə, 14 May 2010
![]() Meksika körfəzində baş vermiş qəza neft qiymətlərinə təsir göstərir 2010-cu ilin tarixə fəlakətlər ili kimi düşəcəyinə artıq heç kim şübhə etmir. Haitidə, Çilidə, Çində və dünyanın bir çıra ölkələrində baş verən zəlzələlər, o cümlədən daşqın və sellər, torpaq sürüşmələri və digər təbii fəlakətlər Pələng ilinin uzun zaman yaddaşlardan silinməyəcəyinə zəmanət verir. Lakin elə texnogen qəzalar da baş verir ki, nəticələrini illər boyu hiss etmək olur. ABŞ-ın Luizina ştatında baş vermiş son fəlakət kimi… ABŞ-ın tarixində bir çox təbii və ya texnogen xarakterli fəlakətlər baş verib. Lakin aprelin 20-də Meksika körfəzində Deep water Horison neft platformasında baş ver ən qəza vurduğu ziyanın nəticələrinin miqyasına görə liderliyi ələ keçirməyə yaxındır. Mütəxəssislər ehtimal edirlər ki, qazma işləri zamanı yatağa neft və qaz sızıb ki, bunu da operatorlar vaxtında sezə bilməyiblər. Hələllik məlum olmayan səbəblərə görə belə obyektlərdə istifadə olunan çoxpilləli təhlükəsizlik sistemi də işə düşməyib. Bu səbəbdən platformada yanğın baş verdiyi zaman səmərəli müdaxilə etmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə, alov 150-200 metr yüksəkliyə qalxıb və onu hətta 60 kilometr məsafədən belə aydın sezdən mümkün olub. Yanğın nəticəsində 11 nəfərin həlak olduğu bildirilir. Dəyəri 350 milyon dollar platformanı da xilas etmək mümkün olmayıb. Qəzadan iki sonra platforma suya qərb olub. Bundan sonra yatağın 1,5 kilometr dərinliyindən okeana nəzarət olunmayan neft axmağa başlayıb. Artıq heç kim şübhə etmir ki, baş verən hadisə böyük ekoloji fəlakətdir. Doğrudur, BP şirkəti gün ərzində okeana axan neft miqdarının min barrel təşkil etdiyini birdirsə də, bir neçə gündən sonra ABŞ-ın sahil mühafizə xidmətinin mütəxəssisləri böyük miqdarda neft ləkəsini müşahidə etdiklərini vurğuladılar. Bununla da, dəqiqləşdirilmiş rəqəmlərə görə, gün ərzində Meksika körfəzinə təqribən 700 ton barrel neftin axdığı məlum oldu. Daha bədbin proqnozlar da səsləndirilir. AP BP-dəki mənbəsinə istinadən bildirir ki, təqribi hesablamalara görə, qəzalı yataqda bir neçə milyon barrel neft var. Bu da o deməkdir ki, ekoloji fəlakətin miqyası və zərəri böyük olacaq. Mütəxəssislər deyirlər ki, qəzanın ekologiyaya və iqtisadiyyata vurduğu zərəri hesablamaq çətindir. Ekoloqlar da fəlakətin sahilboyu bölgənin flora və faunasına böyük zərər vuracağını istisna etmirlər. Bölgə fermerlərinin əsas gəlir mənbəyini təşkil edən yeyilən dəniz ilbizindən və xırda dəniz xərçəngindən məhrum ola biləcəkləri müzakirə edilir. Balıq ovuna qoyulmuş qadağa da iqtisadiyyata zərbə vurmaqda davam edir. Hesablamalara görə, platformada baş verən qəza 150 min nəfəri iş yerindən məhrum edəcək. Belə ki, dəniz məhsulları region iqtisadiyyatının əsasını təşkil edir. Buraya restoran biznesini də əlavə etsək, iqtisadi ziyanın miqyasını təsəvvür etmək o qədər çətin olmaz. Bəzi mütəxəssislərsə okeana axmış neft ləkəsinin ABŞ-ın şərq sahillərinə qədər gəlib çatmasından qorxurlar. Belə görünür, qəzanın qiymətini hələ bir müddət hesablamaq mümkün olmayacaq. Amma BP şirkəti dəymiş ziyanın ilk məbləğini öyrənməyə imkan tapıb. Hadisədən sonra şirkətin səhmləri 12 faiz usuzlaşıb. Mütəxəssislər deyirlər ki, bu, hələ son hədd deyil. Meksika körfəzində baş vermiş qəza dünya neft bazarına da təsir göstərib. “France Presse” agentliyin məlumatına görə, qiymət investorların Meksika körfəzindəki qəza səbəbindən ABŞ-a neft nəqlində problemlər yaranacağından narahat olması fonunda artıb. Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti artıq 86,19 dollara çatıb. Londondak ı “ ICE ” birjas ı nda sa Brent markal ı neft 87,44 dollara satılır. Belə görünür, Meksika körfəzində neft hasilatı başlayanadək “ qara qızıl ” bahalaşmaqda davam edəcək. E.RzaBaxış sayı: 823 |
Xəbərlər
Bloqlar |