Qiraəti həzzə çevirməyin 11 üsulu
Bazar ertəsi, 19 İyul 2010
![]() Övladınızın qiraətlə məşğul olmasını istəyirsiniz? O zaman uşaq yazıçısı Vadim Levinin 11 məsləhətini oxuyun. 1 .Körpəyə hələ danışa bilmədiyi zaman kitab oxumağa başlayın. Özü oxumağa başlayandasa, “nahardan sonra qiraət” və ya “axşam qiraəti” ritualını saxlayın. Uşaqla qarşılıqlı zövq alaraq ucadan oxuyun. 2. “Yarımçıq hərəkət” adlanan psixoloji prinsipən faydalanın. Ucadan oxuyarkən ən maraqlı yerdə dayanın(“Əzizim, mən getməliyəm və buradan davam edərik”) və uşağı kitabla baş-başa qoyun. Bir müddətdən sonra soruşun: “Hə, danış, harada qalmışdıq, mənə maraqlıdır!”. 3. Özünüz haqqında onun gözlərindən oxuyun. Uşaq görməlidir ki, kitab oxumaq sizə də maraqlıdır. 4. Uşağın bir seriyadan olan kitabları və ya komiksləri oxumağı sevməsilə barışmalısınız. Bu da qiraətdir! Övladınıza şəkillərlə əhvalat düşünməsini təklif edin. 5.Uşağa hər hansı jurnala və ya qəzetə abunə yazdırın. Amma unutmayın: jurnal kitab qədər uşaqda təəssürat oyatmır. 6.Uşağınızın dostlarından hansı kitabları oxuduqlarını soruşun. Elə bir yaş dövrü gəlir ki, uşağa yoldaşların fikirləri valideynlərin məsləhətlərindən daha çox əhəmiyyət daşıyır. 7.Müxtəlif janrlardan istifadə edin: yumor, detektiv, fantastika, sentimental əhvalatlar...Ola bilər ki, o, hələ zövqünə uyğun janrı tapa bilmir. 8. Onun yataq otağında və ya ümumi kitab rəfində kiçik kitabxana düzəldin. 9. Onu uşaq kitabxanasına üzv yazdırın. Kitabxanaçılar kitab seçimində kömək edərlər. 10. Onunla birlikdə kitab mağazasına gedin. Əgər uşaq sizi razı salamayan kitab seçərsə, həmən etiraz etməyin. Ona deyin ki, kitabı alırsınız, amma sizin də xoşunuza gələn hissəsini birlikdə oxuyacaqsınız. 11. Heç zaman oxumaq istəmədiyi kitabı sonacan oxumağa məcbur etməyin. Yoxlamaq üçün də belə sual verməyin: “Anladın? Nə xoşuna gəldi? Unutmayın: uşaqlar qiraət təəssüratlarını izah edərkən onları birləşdirir və müəyyən sxemlərə çevirirlər. Yalan uydururlarmı və inadkar görkəmlə gerçəyi inkar edirlər, fərq etməz. Bütün uşaqlar zaman-zaman yalan danışmağa ehtiyac duyurlar. Bəs, böyüklər bu duruma necə reaksiya verməlidirlər? Valideynlər uşaqlarının dediklərini hərfən qəbul etmədən həqiqətən də övladlarına qulaq asmağı öyrənməlidirlər.Baxış sayı: 590 |
Xəbərlər
Bloqlar |