Videooyunlar aqressivlik və qəddarlıq mənbəyidir!
Çərşənbə axşamı, 11 May 2010
![]()
Uşaqların erkən yaşlarından əyləncə vasitəsinə çevrilmiş videoyunlar onların sağlamlığını pozur. İsveç Karolin İnstitutunun psixoloqları belə nəticəyə gəliblər. Bundan başqa, məlum olub ki, videooyunlar uşaqlarda aqressiv və çılğın xarakterin formalaşmasına şərait yaradır. Nəticələr bunlarla yekunlaşmır. Tədqiqətlar göstərib ki, iki saatdan çox uompüter qarşısında oturan uşaq kökəlməyə meylli olur. Bundan əlavə, bir neçə aydan sonra uşaqlar “virtual emosiya“ (ilk növbədə rəqibləri tez bir zamanda məhv etməyə cəhdi) keçirməyə başlayırlar, real həyatda isə qəddar və aqressiv olurlar . Alimlər hətta ehtimal edirlər ki, belə uşaqlar qanunazidd hərəkətlər etməyə də meyl göstərirlər. Bu gun heç kimə sirr deyil ki, videooyun sənayesi ən gəlirli biznes sahələrindən biridir. Təkcə İsveçdə videoyun bazarı istehsalçılara ildə 200 milyon dollar gətirir. ABŞ-da isə bu rəqəm ildə 10 milyard dollar təşkil edir. Alimlər deyirlər ki, videooyun istehsalçıları uşaqların oyunda baş verənlərə daha çox aludə olduqlarını yaxşı bilirlər, buna görə də, yeni-yeni qəddarlığı təbliğ edən oyunlar fikirləşib tapırlar. Uşaqlar da ekranda gördüklərini real həyatda tətbiq etməyə çalışırlar. Əsl təhlükə də məhz buradan başlayır. Azyaşlıları televizordan uzaq tutun ABŞ alimləri deyirlər ki, iki yaşınadək olan uşaqlar, ümumiyyətlə, televizora baxmamalıdırlar. İki yaşdan yuxarı olan uşaqların isə “sehrli qutu“nun qarşısında iki saatdan artıq oturmalı məsləhət görülmür. Alimlər bunu onunla izah edirlər ki, iki saatdan artıq televizora baxan uşaqlarda diqqət çatışmazlığının yaranma təhlükəsi 10 faiz təşkil edir. 1345 uşaq uzərində aparılmış tədqiqatların nəticələri belə qənatə gəlməyə imkan verib. Tədqiqatçıların sözlərinə görə, yeni doğulmuş beyin həyatın ilk iki-üç ili ərzində sürətlə inkişaf edir. Təsvirlərin sürətlə dəyişdiyi televizorlar isə qeyri-təbii həyacanlanmanın səviyyəsini stimullaşdırır. Bu isə o deməkdir ki, uşaqlarda diqqəti cəmləşdirmə ilə bağlı problemləri ola bilər. Eyni zamanda belə uşaqlarda çılğınlıq və narahatlıq simptomlarının artması müşahidə edilir. Baxış sayı: 849 |
Xəbərlər
Bloqlar |