21 May 2012      
RU

Uşaqlarda şəkər riskini artıran atalar

Çərşənbə axşamı, 02 Noyabr 2010
Çap PDF faylını al

Yağlı yeməklərə üstünlük verən kişilərin uşaqlarının şəkər xəstəliyinə yoluxma riski yüksəkdir. Avstraliyanın Yeni Cənubi Qaller Universitetinin elm adamları apardıqları yeni araşdırma belə nəticəyə gəlib. "Nature" jurnalında yayımlanan məlumata görə, araşdırmada bir qrup erkək siçan kökələnə qədər yağlı yeməklərlə qidalandırılıblar. Bu siçanlarda ikinci tip diabet müşahidə edilib. Daha sonra kök siçanlar normal çəkidə olan dişi heyvanlarla cütləşdiriliblər. Nəticədə balalar sağlam doğulsalar da, böyüdükdən sonra onlarda şəkər xəstəliyinin əlamətləri müşahidə edilməyə başlayıb.

Alimlər xəstəliyin genlərlə deyil, pis qidalanmağın zərər verdiyi spermalarla uşağa keçdiyinə diqqət çəkiblər. Araşdırma aparan qrupun rəhbəri Marqaret Morris adlı elm adamı siçanlardakı vəziyyətin insanlarda da təkrarlanacağı təqdirdə şəkər xəstəliyinin cavanlaşacağını bildirib.

O, uşaq dünyaya gətirmək barədə qərar verməzdən öncə kişilərin də qadınlar kimi daha sağlam qidalanmalı olduğunu, spirtli içki və siqaretdən uzaq durmaları gərəkdiyini deyib.

ANS



Baxış sayı: 647

ARXIV

< Noyabr 2010 >
Bz. Çr Çr Cm. Şn Bz
1 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Brenks,yoxsa Smit?

100%
0%

Məhəbbət...

60%
0%
20%
20%