Uşağınızda diqqətsizlik və balanssız qidalanma
Çərşənbə, 29 Sentyabr 2010
![]() Müvəffəqiyyətsizliyin səbəbi ola bilər! Xüsusilə məktəblərin açılması ilə ailələrin uşaqlarıyla əlaqədar ən sıx yaşadığı problem diqqətsizlik, konsentrasiya pozuqluğu və zehin açıqlığının necə təmin ediləcəyidir. İbtidai təhsil çağı şagirdlərində görülən bu narahatlığı bir çox ailə gecici bir vəziyyət kimi qiymətləndirir. Ancaq bu vəziyyət gizli bir təhlükənin əlaməti ola bilər. Məktəbə gedən uşağınız hər gün bir yığın dərs tapşırıqlarını yerinə yetirməli olur. Onlara bu çətin dövrdə köməkçi olmaq istəyirsinizsə, onun diqqətini artırmağa yardım edin və düzgün qidalanmasına fikir verin. Qidalar bədən inkişafı xaricində zəka inkişafı və dinc bir zehin üçün də çox əhəmiyyətlidir. Buna görə də, doğru qidalanan uşaq zehinli olur və normal bir inkişaf dövrünü yaşayır. Uşaqlarda diqqətsizlik müvəffəqiyyətsiz olmasında əhəmiyyətli rol oynayır. Məktəb çağındakı uşaqlarda tez-tez görülən diqqətsizlik uşaqların müvəffəqiyyətinə mənfi təsir edir. Diqqətsizlik ailədən gələn bir problem ola bilər. Diqqətsizlik dərmanla müalicə edilə biləcək bir xəstəlikdir. Dərman müalicənin təməlini meydana gətirir. Bununla ayanaşı, ailənin uşaq böyütmə bacarığı müalicəyə böyük təsir göstərir. Həkimin xəstəliklə əlaqədar olaraq ailə və müəlliminə yol göstərməsi əhəmiyyətli haldır. Burada əsas məsələ valideynlərin uşaqlarının müalicəsində üzərilərinə düşən vəzifələri layiqli yerinə yetirmələri də böyük əhəmiyyət daşıyır. Məktəb dövründə uşağınızın hisslərini açıq saxlamaq və konsentrasiyasını artırmaq üçün bu möcüzə qidalara laqeyd yanaşmayın: BALIQ Yağlı balıqlar beyin böyüməsi və funksiyası üçün böyük əhəmiyyətə malik olan DHA və EPA omeqa-3 yağ turşusu qaynağıdır. Qidalanmalarda bu yağ turşuları bol olan kəslərin ümumi qabiliyyət testlərində daha müvəffəqiyyətli olduqları məlumdur. YAĞLI TOXUMLAR Badam, fındıq, qoz, fıstıq kimi yağlı toxumlar ehtiva etdikləri omeqa-3 və omeqa-6, maqnezium və sink ilə beyin inkişafında və yaddaşın gücləndirilməsində əhəmiyyətli rol oynayırlar. YUMURTA Yumurta yaxşı bir zülal qaynağıdır RƏFİNƏ OLMAYAN TAXILLAR Beynin davamlı glukozaya ehtiyacı var. Rəfinə olmayan taxıllardakı liflər bədəndə glukozun səviyyəsini nizamlayır. Bundan başqa,onlar sinir sistemini sağlam edən B vitaminləri ehtiva edir. Yarma, uşaqlar üçün həm qidalandırcı, həm də sevdikləri bir taxıl variantıdır. Yulaf həm zəngin bir enerji qaynağı olması və bol lif ehtiva etməsiylə yanaşı, sinir sisteminin yaxşı çalışması üçün lazımlı olan yaxşı bir E və B vitamini, kalium və sink qaynağıdır. ÇİYƏLƏK, QARAĞAT, BÖYÜRTKƏN Bu tünd rəngli meyvə ailəsi yüksək səviyyədə antioksidan ehtiva edir. Göz, diş əti və ümumi sağlamlıq üçün lazımlı A vitamini və C vitamiilə zəngindir. PAXLALILAR Zülal və kompleks karbonhidrat müsbət lif anbarı olan paxlalılar, bol miqdarda vitamin və mineral ehtiva etdiklərindən xüsusilə günorta yeməyində yeyildiyində uşağın zehni fəaliyyətlərinin günortadan sonra yüksək səviyyədə qalmasına kömək edir. RƏNGLİ TƏRƏVƏZLƏR Pomidor, bal balqabağı, kök, ispanaq beyin hüceyrələrinə güc və sağlamlıq verən antioksidan qaynaqlarıdır. SÜD VƏ QATIQ Süd məhsulları güclü sümük və dişlər üçün lazımlı D vitamini və kalsium ehtiva etmələrinin yanında fermentlərin istehsalı üçün lazımlı zülal, karbonhidrat və B vitaminləriylə doludur. ƏT Ətdə olan dəmir uşaqların məktəbdəki enerjiləri və konsentrasiyaları üçün təməl əhəmiyyətə sahib bir mineraldır. Yağsız ət ən yaxşı sorulan dəmir qaynaqlarından biridir. Ətdə ayrıca yaddaşa köməkçi olan sink və bəzi B vitaminləri var. Ailənin rahatlığını və tarazlığını təhdid edən hadisələr arasında məktəb müvəffəqiyyətsizliyi əhəmiyyətli bir yer tutur, lakin uşağın məktəb müvəffəqiyyətsizliyinin tək səbəbi xəstəlik deyil, həm də psixoloji hadisələrdir. *Ailədəki problemlər ana- atanın uşağa qarşı tutumu, uşaqdan edə biləcəyindən daha çox müvəffəqiyyət istəmələridir. *Məktəbin və məktəbdəki müəllimlərin təsiri. *Maddi- mənəvi məhdud imkanların təsiri. *Yoldaşların təsiri. *Uşağı yaşından daha əvvəl məktəbə göndərmək. Dilbər Baxış sayı: 770 |
Xəbərlər
Bloqlar |